Saat:08:16
Haqqımızda

Ərdoğan birbaşa Füzuliyə gedəcək – SƏFƏRİN DETALLARI

2021-10-21 19:54:00

Ərdoğan birbaşa Füzuliyə gedəcək – SƏFƏRİN DETALLARI

Oktyabrın 26-sı Azərbaycana səfəri planlaşdırılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlməyəcəyini bildirib. 
Türkiyə lideri Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandırarkən səfərin detalları barədə məlumat verib: 
“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli hava limanının açılışında iştirak edəcəyəm”. 
Türkiyə dövlət başçısı bildirib ki, səfərlə əlaqədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb. \\AZERFORUM 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR