Saat:04:56
Haqqımızda

Ərdoğan Bağdada səfərə hazırlaşır - irimiqyaslı antiterror əməliyyatı barəsində razılaşma olacaq

2024-04-03 13:52:40

Ərdoğan Bağdada səfərə hazırlaşır - irimiqyaslı antiterror əməliyyatı barəsində razılaşma olacaq

Hurriyyet.az xəbər verir ki,  son 12 il ərzində ilk dəfə Türkiyə Prezidenti İraqa səfər edəcək. 
A Haber kanalının məlumatına görə, Türkiyə Prezidenti R.T.Ərdoğan aprelin 22-də Bağdada rəsmi səfər edəcək. 
Səfər zamanı bir sıra sənədlərin imzalanması, o cümlədən terrorçuluğa qarşı mübarizə ilə bağlı müqavilə bağlanması planlaşdırılır. Türkiyə dövləti Şimali İraqda PKK terrorçularına qarşı yeni əməliyyat keçirməyə hazırlaşır.
Prezident Ərdoğan Bağdad səfərindən qayıtdıqdan sonra Ankarada Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri qəbul edəcək.
R.T.Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşmək üçün may ayında ABŞ-a səfər etməyi planlaşdırır.
May ayında həm də Misir və Yunanıstan dövlətlərinin rəhbər şəxslərinin Türkiyəyə səfərləri gözlənilir.
Hürr Tərcüman 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.183308