Saat:14:00
Haqqımızda

Ərdoğan: "Azərbaycan, Türkiyə və Şimali Kipr ortaq əlifbaya keçməyə hazırdırlar"

2024-11-06 13:08:27

Ərdoğan:

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Azərbaycan, Türkiyə və Şimali Kiprin ortaq əlifbaya keçməyə hazır olduqlarını bildirib.
Ərdoğan bu sözləri Türk Dövlətləri Təşkilatının 11-ci sammitindəki çıxışında söyləyib. Türkiyə Prezidenti bu ilin sentyabrında 34 hərfdən ibarət ümumtürk əlifbasının qəbul edildiyini xatırladıb. O, ortaq əlifbanın türk dövlətlərinin gələcəyinə doğru birgə addım olduğunu deyib: "Bundan sonra üzv dövlətlər bu əlifbanı əsas götürərərk öz köklərinə qayıtmalıdırlar. Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikası ümumtürk əlifbasına keçidə hazırdırlar. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın da yeni əlifbaya keçmək üçün təşəbbüs göstərmələri vacibdir".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.836594