Saat:12:26
Haqqımızda

Ərdoğan: “ABŞ Suriyada terrorçuları dəstəkləyir... B.Əsəd Rusiyanın sayəsində vəzifədə qalıb”

2022-01-18 17:43:00

Ərdoğan: “ABŞ Suriyada terrorçuları dəstəkləyir... B.Əsəd Rusiyanın sayəsində vəzifədə qalıb”

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Bəşər Əsədin Rusiyanın dəstəyi sayəsində vəzifəsində qala bildiyini söyləyib. Ərdoğan Ankaranın regionda sülh və sabitlik tərəfdarı olduğunu deyib. Ərdoğan deyib: “Suriyanın mühüm bir hissəsində Amerika bazaları yerləşdirilib. Rusiyanın da bazaları var. Digər tərəfdən terror təşkilatları ABŞ tərəfindən ciddi dəstək alırlar. Biz bu barədə Baydenlə, Trampla, Obama ilə görüşlərimizdə söyləmişik. Mən həmişə onlara demişəm: “Siz terror təşkilatlarını dəstəkləyirsiniz”. Onlar isə deyirlər: “Biz getdik, biz gedirik. Biz burada terror təşkilatlarını dəstəkləmirik”. Əlbəttə ki, düz söyləmirlər. Rusiya da oradan getmir. Rusiyanın dəstəyi olmasa, Əsəd duruş gətirə bilməzdi. İranın da onu dəstəklədiyi aşkardır. Vəziyyət belədir. Ümid edirik ki, tezliklə regionda sülh və sabitlik bərqərar olacaq”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR