Saat:11:54
Haqqımızda

Ərdoğan  ABŞ-ın qarşısına üç şərt qoydu

2021-07-20 12:04:00

Ərdoğan  ABŞ-ın qarşısına üç şərt qoydu

Türkiyənin Kabul aeroportuna nəzarət etməsi üçün ABŞ üç şərtə əməl eləməlidir

Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün çıxışında deyib: “Əgər ABŞ ilə razılaşma əldə edilərsə, Türkiyə Kabul aeroportunun idarəsini öz üzərinə götürməyə hazırdır”.

Ərdoğan Şimali Kiprə səfəri zamanı deyib: “İndi Əfqanıstanda yeni dövr başlayıb. Orada üç oyunçu var: NATO, ABŞ və Türkiyə. ABŞ getməyi qərara alıb və artıq 20 il idarə elədiyimiz hava limanını idarə eləməyə davam eləməyimizi istəyib. Biz bu təklifə müsbət yanaşırıq, lakin öz şərtlərimiz var”.

Türkiyə Prezidenti üç şərt səsləndirib: birincisi – ABŞ diplomatik danışıqlarda Türkiyənin tərəfində durmalıdır. İkincisi – ABŞ logistikasının imkanları Türkiyə üçün səfərbər ediləcək və orada qalmış ligistika resurslarını Türkiyəyə təhvil verəcək. Üçüncüsü – ABŞ maliyyə və idarəçilik məsələlərinin həllində Türkiyəyə kömək edəcək.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR