Saat:04:52
Haqqımızda

Ərdoğan ABŞ-a səfərə hazırlaşır

2024-03-29 13:54:35

Ərdoğan ABŞ-a səfərə hazırlaşır

Hurriyyet.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a səfər edəcək və orada amerikalı həmkarı Cozef Baydenlə görüşəcək. Bu barədə "Röyter" agentliyi Türkiyə təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadla məlumat yayıb.

Xəbərdə deyilir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının - MİT-in rəhbəri İbrahim Kalın cümə günü ABŞ Nümayəndələr Palatasının üzvləri ilə görüşəcək, onlarla birlikdə Prezident Ərdoğanın planlaşdırılan səfərini və digər ikitərəfli məsələləri müzakirə edəcək.
Bu səfər Cozef Baydenin prezidentliyi dövründə Prezident R.T.Ərdoğanın ABŞ-a ilk səfəri olacaq.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.222905