Ərdoğan ABŞ-a səfər edəcək, Baydenlə görüşəcək
2024-03-27 10:41:15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək.
Hurriyyet.az xəbər verir ki, səfər mayın 9-u baş tutacaq.
O, Ağ Evdə BŞ Prezidenti Co Baydenlə görüş keçirəcək.
Görüş zamanı tərəflərin terrorla mübarizə, Qəzza zolağında son vəziyyət və müdafiə sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edəcəyi bildirilir.