Ərdəbilin imam-cüməsi yenə də Azərbaycana BÖHTAN ATDI - Sapı bizdən olan BALTA...

2022-09-03 11:36:00

Ərdəbilin imam-cüməsi yenə də Azərbaycana BÖHTAN ATDI - Sapı bizdən olan BALTA...

“Azərbaycanda bir neçə siyasətçini və qəzeti satın ala bilərsiniz, amma buna əmin olun ki, o diyarın Əli şiələrı alınıb-satıla bilən deyil. Azərbaycanın dəyərli xalqından soruşmaq istəyirəm ki, ölkənizdəki anti-İran kampaniyasının kimin əli ilə idarə olunduğu haqda düşünürsünüz?”

Hurriyyet.az konkret.az-a istinadən xəbər verir ki, bunu İranın dini rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və imam cüməsi Seyid Həsən Amili cümə namazının xütbəsində deyib.

“Heç düşünmüsünüz ki, onların bu kampaniyanı aparmaqda məqsədi nədir və heç düşünmüsünüzmü, niyə dünyanın hər bir yerində, Azərbaycandan başqa, yaxşılığın cavabı yaxşılıqla verilir?”, – deyə Amili əlavə edib.

O, Laçının və Qarabağ ətrafındakı bəzi ərazilərin Azərbaycana qaytarılması münasibətilə Azərbaycan xalqını təbrik edərək deyib:

“Allahdan arzum budur ki, Azərbaycanın işğal olunmuş bütün əraziləri tez bir zamanda Azərbaycana qaytarılsın.”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056833