Saat:10:26
Haqqımızda

Ərazi itkilərimizin səbəbləri və tarixi gerçəklər

2021-08-10 10:35:00

Ərazi itkilərimizin səbəbləri və tarixi gerçəklər

4-5 may 1994-cü il Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın, Qırğızıstan Respublikası parlamenti, Federal iclas və Rusiya Federasiyasının təşəbbüsü ilə görüş iştirakçıları Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəd “Bişkek protokolu” tərtib edirlər.

Sənədin imzalanması ilə bağlı fərqli iddialar mövcuddur.

İkinci iddia. Sənəd Azərbaycan tərəfindən 8 may 1994-cü ildə imzalanmışdır. Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və DQAİ-nin rəhbəri şəxsində Şuşa rayonu İH başçısı N.Bəhmənov, erməni tərəfindən Ermənistan parlamentinin sədri Babkan Ararksyan və DQEİ rəhbəri şəxsində DQR parlamentinin sədri Karen Baburyan imza atmışdır. Sənəd 12 may 1994-cü ildən qüvvəyə minmişdir. Elə həmin gündən cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılmışdır.

Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Bişkek protokolunun 5-ci abzasında tutulmuş ərazilər sözləri işğal olunmuş ərazilər sözləri ilə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə beynəlxalq müşahidəçilər missiyası olması qeyd olunmuşdur.

Bu sənədə əsasən tərəflər beynəlxalq vasitəçilik sayəsində Böyük sülh sazişi imzalamalı idilər.

Sənəd 3 nüsxədə – Azərbaycan, erməni və rus dillərində hazırlanmışdır.

Bişkek protokolunun R.Quliyevin imzası olmayan nüsxəsinin 4-cü abzasında qarşıduran tərəfləri ağıllı səsə diqqət yetirərək may ayının 8-dən 9-na keçən gecə, 18 fevral 1994-cü il tarixli protokola söykənərək (o cümlədən müşahidəçilərin yerləşdirilməsi baxımından) və qısa günlərdə ən intensiv işlə bunu etibarlı, hüquqi öhdəçiliklərə əsaslanan hərbi və düşmən hərəkətlərin yenidən başlanmaması mexanizmini təmin etməyi nəzərdə tutan, qoşunların zəbt olunmuş ərazidən çıxarılmasını və kommunikasiyanın bərpasını, qaçqınların geri qaytarılmasını danışıqların davam etdirilməsinə çağırmışlar.

Bişkek protokolundan göründüyü kimi, bu sənəd hüquqi xarakter daşımır. Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsə nəzərdə tutan, bir növ siyasi müraciət və sülhə çağırış məqsədilə Minsk prosesi institutunun həmsədrlərinin iştirakı olmadan 1993-cü ilin avqustundan BMT TŞ-nın 14 oktyabr 1993-cü il tarixli, 874 saylı qətnamə qəbul olunarkən səslənmiş atəşkəs haqqında razılıq yanlış məlumatı ört-basdır etmək üçün Rusiyanın Ermənistan-Azərbaycan arasında DQ münaqişəsi uzun müddətə davam etdirmək niyyətindən irəli gəlmişdir.

Bu sənədin yaradılmasında Rusiyanın məqsədi 1991-ci ildən sonra müstəqillik əldə edən Azərbaycan və Ermənistan Respublikalarını Rusiyanın əsarətinə almaq Sovetlər ölkəsini yenidən bərpa etmək olmuşdur.

BMT TŞ-nın 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamənin Baş katibə, ATƏM-in fəaliyyətdə olan sədrinə və ATƏM-in Minsk konfransının sədrinə Minsk prosesinin gedişi və yerlərdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi və bununla əlaqədar ATƏM-lə BMT arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrini davam etdirmək barədə təkrar etsə də, Minsk prosesi institutunun həmsədrləri ABŞ, Türkiyə və Rusiya dövlətlərinin BMT TŞ ilə razılaşdırılmış 1993-cü ilin iyul ayının 20-də Kəlbəcərin azad olunması, bütün kommunikasiya xətlərinin bərpa edilməsi, ATƏM-in çoxmillətli-sülhməramlı qüvvələrinin BMT TŞ-nın mandatı ilə azad olunmuş ərazilərdə yerləşdirilməsini nəzərdə tutan qrafik imzalandığı, həmçinin 1991-1992-ci ilin iyun ayına qədər dövrdə neft kontraktlarının bağlanması istiqamətində işlər başa çatmış, Bakı-Ceyhan neft kəmərinin çəkilməsi haqqında saziş imzalanmış və sazişə görə Bakı-Ceyhan neft kəmərinin Ermənistandan keçməsi nəzərdə tutulmuşdu.

O vaxtlar ölkənin milli qəhrəmanı adına layiq görülmüş, baş nazirin müavini vəzifəsini tutmuş, korpus komandiri Surət Hüseynov atəşkəsin dayandırılmasına, sülh müqaviləsinin bağlanmasına, ATƏM-in sülh məramlı qüvvələrinin münaqişə ərazisinə gətirilməsinə, neft kontraktlarının bağlanmasına etiraz əlaməti olaraq Ali Sovetə ultimatum göndərmiş və ultimatumda AR-nın MDB ölkələri sırasına üzv olmasını və rus qoşunlarının Azərbaycana qaytarılmasını tələb etmişdir.

Ali Sovetin rədd cavabını alan Surət Hüseynov 4 iyun 1993-cü ildə Bakıya hərbi yürüş elan edir. Hərbi yürüşün nəticəsi kimi ölkənin demokratik yolla seçilmiş prezidenti Elçibəy iyun ayının 17-dən 18-nə keçən gecə NMR Ordubad rayonunun Kələki kəndinə (anadan olduğu kənd) gedir, Heydər Əliyev prezident vəzifəsini icra edir, 33 könüllü hərbi batalyonu ləğv edir. 30 iyun 1993-cü ildə Surət Hüseynovu baş nazir vəzifəsinə gətirir, 7 iyul 1993-cü ildə Ağdərə, 23 iyul 1993-cü ildə Ağdam, 23 avqust 1993-cü ildə – iki rayon, Cəbrayıl və Füzuli, 31 avqust 1993-cü ildə Qubadlı və 29 oktyabr 1993-cü ildə Zəngilan rayonu erməni işğalçıları tərəfindən dağıdılır, yandırılır və talan edilir.

Ən maraqlı cəhət ondadır ki, BMT TŞ-nın 30 aprel 1993-cü il tarixli, 822 saylı qətnaməsində Kəlbəcər rayonun işğal edildiyi barədə deyilsə də, qətnamədə Kəlbəcərə qədər işğal olunmuş rayonların Xocalı (26 fevral 1992), Şuşa (8 may 1992), Laçın (18 may 1992), Xankəndi (26 dekabr 1991), Xocavənd (2 oktyabr 1992) adları çəkilmir.

Sonralar BMT TŞ-nın 29 iyul 1993-cü il tarixli, 853 saylı qətnaməsi qəbul olunarkən Ağdam, 14 oktyabr 1993-cü il tarixli, 874 saylı qətnaməsi qəbul olunarkən Qubadlı, 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamə qəbul olunarkən isə müzakirəyə Zəngilan rayonun işğal olunmuş rayonların adı hallansa da, 29 iyul 1993-cü ildən 12 noyabr 1993-cü il tarixədək işğal olunmuş digər Ağdərə, Cəbrayıl, Füzuli rayonlarının adları çəkilməmişdir.

Qeyd etmək lazımdır ki, SSRİ dağıldıqdan, Varşava müqaviləsinə görə Avropada yerləşdirilmiş hərbi avadanlıq geriyə – Rusiyaya qaytarıldıqdan sonra, həmin avadanlıqları satmaq lazım gəlirdi. O avadanlığı SSRİ dağıldıqdan sonra Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrə satmaq Rusiya üçün asan idi. O səbəbdən Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi Rusiyanın bu probleminin həllində alət rolunu oynadı. BMT TŞ-nın 29 iyul 1993-cü il tarixli, 853 saylı 2-ci qətnaməsindən sonra Azərbaycan 1993-cü ilin avqustundan atəşkəs haqqında saziş əldə olunması barədə BMT TŞ-na yalan məlumat verərək ermənilərin buna əməl etməyərək, Qubadlı rayonunun da ələ keçirdikləri barədə BMT TŞ-na müraciət edir və 1993-cü il oktyabrın 14-də yenidən Dağlıq Qarabağ problemi müzakirəyə çıxarılır, 874 saylı qətnamə qəbul edilir. Bu müraciətdə Azərbaycanın BMT TŞ-na atəşkəs haqqında razılığın hələ 1993-cü ilin avqustunda əldə olunması barədə yalan məlumat verməsi, oktyabrın 14-nə işğal olunmuş digər rayonların adının çəkilməməsi, prosesin sülh yolu ilə aradan qaldırılması prosesini uzatmaq məqsədi daşıdığı anlamına gəlir. Çünki o vaxtlar atəşkəs haqqında söhbət belə getmirdi. Bu və 14 oktyabr 1993-cü il tarixli, 874 saylı qətnamədə göstərilən 8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə keçirilən görüşlər kimi yanlış məlumatlar verməklə, təcavüzkarla təcavüzə məruz qalan tərəflərin adlarını göstərməməklə münaqişənin aradan qaldırmanı uzun müddətə təxirə salmaq lazım idi.

Fikir verin, təcavüzkarla təcavüzə məruz qalan tərəfləri qəsdən etiraf etməməklə, münaqişəni necə aradan qaldırmaq olar. Aydın məsələ idi ki, təcavüzkar Rusiya və Ermənistan, təcavüzə məruz qalan isə Azərbaycan idi.

Rusiya bu münaqişədən istifadə edərək Azərbaycan və Ermənistana özünün köhnə silahlarını satmaq fikrində idi. Bu məsələ ilə əlaqədar oxucuların nəzərinə bir əhvalatı çatdırmaq istəyirəm.

06 oktyabr 2013-cü ildə Xolod Ekspress kompaniyasından Rusiyanın 3 yaşayış məntəqəsində 45.335.089,0 ton doğranmamış metallomun olduğu məlumatını aldım.

Məlumatda yaranma mənbəyi kimi silinmiş və silahsızlaşdırılmış (demilitarizasiya) tank gövdələri və БТВТ (rusca) düyün və aqreqatlar göstərilirdi.

1. Kozulkada (Krasnoyarsk vilayəti) – 14.099,895 ton, o cümlədən БТВТ (T-55, 1 ədəd, T-62-19 əd., T64-386 əd., T-72-61 əd., БМП-60 əd., БТР-36 əd., БТС-1 əd., БТВТ -19 əd., МТП-1 əd. doğranmamış).

2. Topçixada (Altay vilayəti) – 14.945,514 ton, o cümlədən БТВТ (T-64-497 əd., БМП-1 əd., БТР-70-15 əd. doğranmamış).

3. Varkovoda (Novosibirsk vilayəti) – 16.289,680 ton, o cümlədən БТВТ (T-62-8 əd., T64-608 əd., T-72-50 əd., БТР-60-4 əd., БМП-38 əd., БРДМ-7 əd., БПМ-18 əd.).

Ümumilikdə: T55-1 əd., T62-27 əd., T-64-1491 əd., T-72-111 əd., БМП-103 əd., БТР-111 əd., БРДМ -26 əd., МТП-1 əd., БРМ-18 əd. kəsilməmiş bronotexnikanın doğranıb satılışı göstərilirdi.

Mən alıcı ilə Novosibirskə uçduq, bizi qarşıladılar, səhərisi günü bronetexnika saxlanılan yerə apardılar. Orada biz həmin bronetexnikanı gördük.

Xolod Ekspress-in nümayəndələri bütün bronetexnikanın 3 ay müddətində doğranıb aparılmasını şərt qoydular. Mən 3 ay müddətində 45.335,089 ton bronotexnikanın doğranıb göndərilməsinin (gəmiyə yüklənməsinin) mümkünsüz olduğunu qeyd etməklə, kontraktda göstərilən müddətdə göndərilməsinə qarant verilərsə, bu danışığı davam etdirmək olduğunu dedim. Xolod Ekspress-in nümayəndəsi Moskvaya uçdu və ertəsi gün Moskvadan qayıtdıqdan sonra mal sahibinin mənim şərtimlə razılaşmadığını söylədi.

Əminliklə deyə bilərəm ki, həmin metallom adı ilə satışa çıxarılmış bronotexnika Ermənistan və Azərbaycana satılıb, Azərbaycan-Ermənistan arasında gedən 44 günlük müharibədən sonra qənimət parkında nümayiş etdirilən bronotexnika Yarkovoda (Novosibirsk vilayəti) gördüyüm avadanlığı xatırladır. Bununla demək istəyirəm ki, qənimət götürülmüş silahların mənşəyini araşdırmaqla onların metallom qismində satılması nəzərdə tutulan hərbi texnika olduqlarını sübut etmək çox da çətin deyil. O vaxtkı qiymətlə 1 ton metallomun qiyməti gəmidə 330-340$ civarında idi. Ümumilikdə 45.335,0 ton metallomun dəyəri – 14.960550,0-15.413.900,0$ təşkil edirdi. T-72 tankının çəkisi 41,5-44,5 ton civarındadır.

(Ardı var)

 

Rahib ZEYNALOV,

“İnnovasiya İstehsalat Mərkəzinin” direktoru,

Rusiya Mühəndislik Akademiyasının həqiqi,

Azərbaycan Mühəndislik Akademiyasının

müxbir üzvü, texnika elmləri doktoru, dosent

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR