Saat:23:53
Haqqımızda

Ərazi itkilərimizin səbəbləri və tarixi gerçəklər

2021-08-03 11:32:00

Ərazi itkilərimizin səbəbləri və tarixi gerçəklər

1920-ci ilin ünvan təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi – 113 895,97 kv kilometr olub...

BMT TŞ-nin qətnamələrini araşdırarkən məlum olur ki, həmsədrlik institutunun 2 il 8 ay gecikdirilməsində Ermənistan-Azərbaycan-Rusiya birliyinin maraqları çərçivəsində həyata keçirilib.

Belə ki, BMT TŞ-nin iclaslarında 1920-ci ildən 1991-ci ilədək Azərbaycan Respublikası ərazisinin 27,3 min kV-km-i Kremlin təzyiqi nəticəsində Ermənistana verilmiş, Azərbaycanın Xocalı rayonu SSRİ-nin varisi Rusiyanın 366-cı alayının birbaşa iştirakı ilə, Şuşa şəhəri və ətraf kəndləri, həmçinin Laçın rayonu Rusiya tərəfindən silahlanmış Ermənistan silahlı qüvvələri tərəfindən Xankəndi (26 dekabr 1991), Xocalı (26 fevral 1992), Şuşa (8 may 1992), Laçın (18 may 1992), Xocavənd (2 oktyabr 1992), Kəlbəcər (2 aprel 1993), Ağdərə (7 iyul 1993), Ağdam (23 iyul 1993-cü il), Cəbrayıl (23 avqust 1993), Füzuli (23 avqust 1993), Qubadlı (31 avqust 1993), Zəngilan (29 oktyabr 1993) rayonları işğal edilmişdir.

Xocalı rayonunun işğalı Ali Baş Komandan Ayaz Mütəllimovun, Şuşa və Laçın rayonlarının işğalı o vaxtlar ölkə prezidenti vəzifəsini icra edən Yaqub Məmmədovun, Kəlbəcər rayonunun işğalı Ali Baş Komandan Əbülfəz Əliyevin, Xocavənd, Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğalı isə Ali Baş Komandan Heydər Əliyevin ölkəyə başçılıq etdiyi dövrlərə aiddir. Hər üç dövlətin bu münaqişənin yaranmasında suçu olduğundan münaqişənin sülh yolu ilə aradan qaldırılmasında maraqları olmayıb, münaqişənin davamlı olması üçün bütün vasitələrdən istifadə etmişlər. Bunu sübut etməyə çalışacağam.

SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Heydər Əliyev 1987-ci ildə (64 yaşında) bu vəzifədən və SovKP Mərkəzi Komitəsinin Siyasi Büro üzvlüyündən xəstəliyinə görə kənarlaşdırılır, ailəsi ilə birlikdə o vaxtlar MKişçiləri üçün tikilmiş binada oğlu İlham Əliyevin adına yazılmış, sahəsi 144 kv.m olan mənzildə yaşamağa üstünlük verərək, müəyyən səbəblərdən Bakıya qayıtmır. Heydər Əliyev Azərbaycana yalnız 1990-cı il Kreml tərəfindən Azərbaycanda törədilən qətlamdan sonra qayıdır və qısa bir müddətdə o vaxtlar millətin əksəriyyətinin rəğbətini qazanmış Azərbaycan Xalq Cəbhəsinin dəstəyi ilə Naxçıvan Ali Sovetinin sədri seçilir. Demokratik yolla 17 iyun 1992-ci ildə Azərbaycan Respublikasının prezidenti seçilmiş (59,4% səslə) Elçibəy Rusiyanın dəstəyi ilə Surət Hüseynov qiyamına görə prezidentlik postunu tərk etdikdən sonra, öncə prezident vəzifəsini icra edən Hliyev daha sonra ölkə prezident vəzifəsinə seçilir. Hliyev hələ prezident vəzifəsini icra edərkən və Azərbaycanın əksərən könüllülərdən ibarət olan fədakar ordusu ermənilər tərəfindən zəbt olunmuş ərazinin 50%-dən çoxunu geri qaytarmaq və BMT TŞ-nin Kəlbəcər rayonu və zəbt olunmuş bütün rayonlarının qeyd-şərtsiz erməni qoşunlarından azad etmək barədə qəbul etdiyi qətnamə ərəfəsində (1993-cü il 30 aprel) Hliyev 33 könüllü batalyonu ləğv edir və bunun nəticəsi kimi ərazisi ümumilikdə 7,42 min kv.km olan Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan (6 rayon) ermənilər tərəfindən işğal olunur. İyul-avqust aylarında 5 rayonun işğal olunması münaqişənin tezliklə həll olunacağına ümidsizlik yaratmaq və atəşkəs haqqında saziş əldə etmək üçün ictimaiyyətin nəzərinə çatdırılan mesaj idi. Məhz bu səbəbdən BMT TŞ-nin 29 iyul 1993-cü il tarixli 853 saylı 2-ci qətnaməsində Ağdamın işğalına qədər işğal olunmuş Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Ağdərə, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının adı çəkilməmişdir.

853 saylı qətnamədə bütün hərbi əməliyyatların dərhal dayandırılması, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və AR-nın digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir.

BMT-TŞ-nın 14 oktyabr 1993-cü il tarixli 874 saylı qətnamə 1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunması və 8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə görüşlərin keçirilməsi haqqında yanlış məlumatlar Minsk konfransı sədrinin TŞ Sədrinin adına müraciətlənmiş 1 oktyabr 1993-cü il tarixli məktub əsasında qəbul edilmişdir. Bu səbəbdən TŞ-nin bəyanatında 1. Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə RFhökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırmış, 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun iclasında doqquz digər üzvünün bəstəyi ilə Qrupun sədri tərəfindən maraqlı tərəflərə təqdim olunan Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yeniləşdirilmiş cədvəlini alqışlamış və tərəflərin diqqətinə çatdırır və tərəfləri onu qəbul etməyə çağırmışdır.

Dövlətlərarası münaqişə yaratmaqda misilsiz təcrübəsi olan Rusiya BMT TŞ-nin bu qərarından sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırmaqda marağı olmadığından BMT TŞ-nın 14 oktyabr 1993-cü il tarixli, 874 saylı qətnaməsinə əsasən ATƏM-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına uyğun olaraq, Yeniləşdirilmiş cədvəldə nəzərdə tutulduğu kimi münaqişənin danışıqlar yolu ilə həll edilməsinə nail olmaq məqsədilə tezliklə Minsk konfransının keçirilməsini 1994-cü il dekabrın 5-dək uzatmağa, daha sonra isə 1 yanvar 1997-ci ildən ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransanın başçılıq etməsinə nail olmuşdur.

BMT TŞ-nın 14 oktyabr 1993-cü il tarixli 874 saylı qətnaməsi ilə ATƏM-in Minsk qrupuna kömək məqsədilə RF-hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv daimi etməyə çağıran qərarından sonra Rusiya Ermənistan-Azərbaycan DQ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsini öz əlinə keçirmişdir.

4-5 may 1994-cü il Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın, Qırğızıstan Respublikası parlamenti, Federal iclas və Rusiya Federasiyasının təşəbbüsü ilə görüş iştirakçıları Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəd Bişkek protokolu tərtib edirlər.

Sənədin imzalanması ilə bağlı fərqli iddialar mövcuddur.

 

Birinci iddia

Daha dəqiqi sənədin 1994-cü il mayın 5-də Bişkekdə imzalanması nəzərdə tutulmuşdur. Həmin sənədi Milli Məclisin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə DQR parlamentinin spikeri kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyasının sədri Vladimir Sumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. A.Cəlilovdan başqa hamı bu sənədi imzalamış, o isə bundan imtina etmişdi. Bu isə ona baha başa gəldi. 29 sentyabr 1994-cü ildə gecə evinin girişində sürücüsü ilə birlikdə müəmmalı surətdə güllələndi. İndiyə kimi güllələnmənin səbəbləri araşdırılmayıb.

Görüşün 7 iştirakçılarından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilmiş və daha sonra sənədin əsli də oraya gedib çıxmışdır. Həmin sənədin əslinin hazırda RF-XİN-nin arxivində saxlandığı güman edilir. Bu sənədin 6 nəfər tərəfindən imzalanmış kserosurətini isə imzalanması üçün Bakıya ATƏM-in Minsk qrupundakı təmsilçisi Vladimir Kazimirov gətirmişdir. O, mayın 8-də Azərbaycan tərəfinə yenidən bu protokolu imzalamağı təklif etmişdir. bu dəfə Azərbaycan tərəfini Milli Məclisin o vaxtkı spikeri Rəsul Quliyev təmsil edirdi. O da sənədin mətninə düzəlişlər edilmədən və onu imzalayanlar sırasına DQAİ-nin rəhbəri Nizami Bəhmənovun adı əlavə olunmadan onu imzalamaqdan imtina etmişdir.

Sonralar Vladimir Kazimirov öz xatirələrində belə qeyd etmişdir:

Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi (Bu barədə hələ sənəd qəbul olunmaqdan öncə BMT TŞ-nın 14 oktyabr 1993-cü il tarixli qətnaməsində 1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunması barədə məlumat səslənmişdi). Buna görə də Azərbaycan tərəfin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti yox idi. Bununla belə Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı.

Bu sənəd belə yekunlaşmışdır: Rəsul Quliyev Kazimirovun gözünün qabağında öz əli ilə N.Bəhmənovun adını orada əlavə etmiş, onun imzası üçün xətt çəkmiş, sənədin mətninə iki düzəliş əlavə etmiş və bundan sonra A.Cəlilovun adının yanında öz imzasını qoymuşdur. Bişkek protokolunu (Afiyəddin Cəlilovun Bişkek protokolunu imzalamaması, Rəsul Quliyevin A.Cəlilovun adının yanında öz adını, soyadını göstərmədən imzasını qoyması, bir müddət sonra A.Cəlilovun güllələnməsi, səbəbinin bu günə kimi açılmaması, sonradan bu protokolun kağız parçasından başqa bir şey olmadığı məlum olması, atəşkəsin Əsrin müqaviləsi bağlandıqdan bir qədər sonra hər gün pozulması Bişkek protokolunun mənasız bir kağız parçası olduğu meydana çıxdı) Bəhmənovu axtarmağa başlayanda, məlum olur ki, o, Bakıda yox imiş. Kazimirov mayın 5-də 6 iştirakçı tərəfindən imzalanmış və indi R.Quliyevin imzasının əsli və onun öz əli ilə etdiyi düzəlişlər əlavə edilmiş protokolun kserosurətini götürüb Bəhmənov gözləmədən Moskvaya qayıtmışdır.

Rahib ZEYNALOV,

 

“İnnovasiya İstehsalat Mərkəzinin” direktoru,

Rusiya Mühəndislik Akademiyasının həqiqi,

Azərbaycan Mühəndislik Akademiyasının

müxbir üzvü, texnika elmləri doktoru, dosent

(Ardı var)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR