Saat:02:19
Haqqımızda

Ərazi itkilərimizin səbəbləri və tarixi gerçəklər

2021-07-27 11:25:00

Ərazi itkilərimizin səbəbləri və tarixi gerçəklər

1920-ci ilin ünvan təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi – 113 895,97 kv kilometr olub…

Azərbaycan Respublikası rəhbərliyinin marağı onda idi ki, hələ Hliyev prezident olmamışdan öncə Əsrin Kontraktı adlanan Azəri, Çıraq neft yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin Tammiqyaslı Birgə işlənməsi haqqında saziş imzalansın. Buna hazırlıq getdiyindən H.Əliyev ölkə prezidenti olduqdan sonra bu prosesi tezləşdirmək üçün Ermənistanla tezliklə sülh sazişi bağlamağa tələsirdi. Çünki müharibə gedən ölkədə fors-major yaranır və müqavilə bağlamağı mümkünsüz edirdi. Sülh prosesini tezləşdirmək məqsədilə BMT-nin TŞ-ı ATƏM-in Minsk qrupu sədrinin 27 iyul 1993-cü il tarixdə dərc olunmuş məruzəsini nəzərə alaraq 29 iyul 1993-cü il tarixli 853 saylı Qətnaməni qəbul etmişdir. Qətnamə:...bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin işğal edilmiş rayonlardan dərhal tam və qeyd-şərtsiz çıxarılmasını tələb olundu. Maraqlı tərəfləri atəşkəsə dair möhkəm razılaşmalar əldə etməyə və onlara riayət etməyə çağırmış, həmçinin bu kontekstdə regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpa edilməsinə dair özünün əvvəlki çağırışlarını təsdiq etmişdir.

 

BMT TŞ-nin 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qətnaməsi

 

1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan növbəti dəfə BMT-nin TŞ-na müraciət etməli oldu. 1993-cü il oktyabrın 14-də BMT-nin TŞ-ı yenidən DQ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi. Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın DQ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı. Digər tərəfdən maraqlı idi ki, 874 saylı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki, əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı. 1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı daha açıq şəkildə göstərdi. ATƏM sədərinin bölgədə səfərdə olduğu vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq beynəlxalq birliyin münaqişəyə obyektiv qiymət verməsini ifadə edən növbəti hadisə idi.

Qətnamənin tərcüməsindən BMT-nin TŞ – 874 saylı qətnaməsindən:

- maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə RF-ı hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırır;

- 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun iclasında üzə çıxarılan və Minsk qrupunun 9 digər üzvünün hərtərəfli dəstəyi ilə Qrupun Sədri tərəfindən maraqlı tərəflərə təqdim olunan “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yerləşdirilmiş cədvəlini alqışlayır və tərəflərin diqqətinə çatdırır və tərəfləri onu qəbul etməyə çağırır.

- Baş Katibdən, ATƏM-in fəaliyyətdə olan sədrindən və ATƏM-in Minsk Konfransının sədrindən Minsk prosesinin gedişi və yerdə vəziyyətin bütün aspektləri və bununla əlaqədar ATƏM ilə BMT arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrin verilməsini davam etdirməyi xahiş edir.

Qətnamə 884

1993-cü il noyabrın 11-də BMT TŞ Azərbaycanın müraciətinə müvafiq olaraq münaqişənin davam etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 saylı qətnaməni qəbul etmişdir (12 noyabr 1993).

Qətnamənin tərcüməsində deyilir:

30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1953) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək ATƏM çərçivəsində həyata keçirilən sülh prosesi və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək ATƏM-in DQ üzrə Minsk konfransının fəaliyyətdə olan sədrinin TŞ-sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri nəzərə alaraq, AR-nin DQ regionunda və onun ətrafında münaqişələrin davam etdirilməsi və Ermənistan Respublikası ilə AR arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına alması ilə əlaqədar ciddi narazılığını ifadə edərək Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, xüsusilə AR-da Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı nəticəsində hərbi əməliyyatların genişlənməsini həyacanla qeyd edərək...

- Hərbi əməliyyatların başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və AR ərazisinin bombardman edilməsini pisləyir.

- Ermənistan hökumətini AR DQ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993), 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kompaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır.

- ATƏM-in Minsk qrupunun doqquz üzvünün 4 noyabr 1993-cü il tarixli Bəyannaməsini alqışlayır və onun tərkibində atəşkəsin dayandırılması haqqında olan birtərəfli bəyanatla bağlı təklifləri yüksək qiymətləndirir.

- Maraqlı tələblərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə TŞ-nın 822 (1993) və 853 (1993) sayoı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yeniləşdirilmiş cədvəlinə uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və AR-nın bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir.

- Baş Katibə, ATƏM-in fəaliyyətdə olan Sədrinə və ATƏM-in Minsk konfransının Sədrinə Minks prosesinin gedişi və yerlərdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi və bununla əlaqədar ATƏM ilə BMT-i arasında indiki və gələcək əməkdaşlıq haqqında şuraya məruzələrini davam etdirmək barədə xahişini təkrar edir.

Qeyd etmək lazımdır ki, BMT TŞ-nın qətnamələrinin biri (822 saylı, 1993) ölkəyə Ə.Əliyev başçılıq etdiyi, qalan üçü (853, 874 və 884 saylı 1993) ölkəyə Hliyev başçılıq etdiyi dövrü əhatə edir.

BMT TŞ-nın qətnamələrini araşdırarkən bir çox şübhəli məqamlara rast gəlmək mümkündür.

1. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən bütün hallarda Rusiyanın qrupun tərkibində həmsədr kimi iştirak etməsi;

Məqalənin əvvəlində göstərildiyi kimi.

AR ərazisinin 1918-ci ildə 113,9 min kv.km-dən 1976-cı ildə 86,6 min kv.km-ə qədər azalması yalnız və yalnız SSRİ rəhbərliyinin bilavasitə iştirakı ilə olub. Bu azalmanın müəyyən hissəsi Hliyev Azərbaycan SSR-in Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olduğu vaxt baş verib. Belə olan halda Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə aradan qaldırmaq üçün Rusiyanı Minsk qrupuna həmsədr seçilməsinə Azərbaycan Respublikasının razılıq verməsi nədən xəbər verir? 1992-ci ilin martında BMT-nin Baş katibi münaqişənin həllində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) səylərini dəstəklədiyini bildirsə də, 30 aprel 1993-cü ildə 822 saylı, 29 iyul 1993-cü ildə 853 saylı, 14 oktyabr 1993-cü ildə 874 saylı, 12 noyabr 1993-cü ildə 884 saylı qətnamələr qəbul etsə də, ATƏM-in 1994-cü il dekabrın 5-6-da Budapeştdə keçirilən zirvə toplantısında həmsədrlik institutunun təsis edilməsi hansı zərurətdən yaranmışdır? Halbuki, ATƏM-in Xarici İşlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş Dağlıq Qarabağla vəziyyət müzakirə olunarkən ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildiyi məlum idi. Bu qərarın 2 il 8 ay gecikdirməkdə məqsəd nədən ibarət olub?

BMT TŞ-nin qətnamələrini araşdırarkən məlum olur ki, həmsədrlik institutunun 2 il 8 ay gecikdirilməsində Ermənistan-Azərbaycan-Rusiya birliyinin maraqları çərçivəsində həyata keçirilib.

Rahib ZEYNALOV,

 

“İnnovasiya İstehsalat Mərkəzinin” direktoru,

Rusiya Mühəndislik Akademiyasının həqiqi,

Azərbaycan Mühəndislik Akademiyasının

müxbir üzvü, texnika elmləri doktoru, dosent

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR