Əraqçi ilə Vitkoff danışıqlar aparacaqlar - zaman və məkan bəlli oldu
2025-04-08 10:51:13
Hurriyyet.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff aprelin 12-də Omanda vasitəçilərin köməyi ilə danışıqlar aparacaqlar.
Bu barədə İranın "Nur Nyus" agentliyi məlumat verib.
Abbas Əraqçi də özünün X şəbəkəsindəki səhifəsində aprelin 12-də Vaşinqton ilə Tehranın Omanda danışıqlar aparacaqlarını xəbər verib.
Hürr Tərcüman
