Əraqçi Hakan Fidanla Qafqaz barəsində danışıb
2025-04-15 17:50:31

Hurriyyet.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
İran Xarici İşlər Nazirliyinin rəhbəri bu barədə özünün "Teleqram" kanalında məlumat verib.
Məlumatda tərəflərin ikitərəfli münasibətləri, bölgədəki vəziyyəti, İranın ABŞ ilə danışıqlarını müzakirə etdikləri xəbər verilir. Əraqçi Türkiyə diplomatiyasının rəhbərinə İranın bu məsələdə prinsipial mövqe tutduğunu söyləyib.
Hürr Tərcüman
