Ənvər İbrahim Putinlə görüşəcək
2024-08-02 12:56:57

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Malayziyanın Baş naziri Ənvər İbrahim bir neçə həftədən sonra Rusiyanın Vladivostok bölgəsinə səfər edəcəyini, orada RF Prezidenti Vladimir Putin ilə görüşəcəyini bəyan edib.
Vladivostokda 3-6 sebtyabr tarixlərində Şərq İqtisadi Forumu keçiriləcək. V.Putin ənənəvi olaraq bu tədbirdə iştirak edir.
Ənvər İbrahim 28 iyul tarixli açıqlamasında Malayziyanın BRİKS təşkikatına üzv olmaq üçün Rusiyaya müraciət etdiyini bildirmişdi.
Hürr Tərcüman
