"Enfild"də azarkeşlər Ronaldonu ayaq üstə alqışladı - VİDEO

2022-04-20 00:01:00

İngiltərə Premyer Liqasının 33-cü turunda keçirilən "Liverpul" - "Mançester Yunayted" matçının 7-ci dəqiqəsində görüşün keçirildiyi "Enfild Roud" stadionunda qonaqların portuqaliyalı hücumçusu Kriştianoya jest edilib.

Azarkeşlər 37 yaşlı forvardın dünən dünyasını dəyişən əkiz övladlarından birinə görə, onu alqışlayaraq mənəvi dəstək veriblər.

Xatırladaq ki, dünən Kriştiano Ronaldonun yenicə dünyaya gələn əkiz övladlarından biri vəfat edib. Bu səbəbdən o, bugünkü matçda meydanda yer almayıb.

Əlavə edək ki, hazırda matçın ilk hissəsi oynanılır və meydan sahibləri 1:0 hesabıyla öndədir.

 

Offsideplus.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya