Ən yaxşı 10 duş geli

2022-09-07 23:10:00

Ən yaxşı 10 duş geli

Dəriyə fayda verən ən yaxşı duş gellərini araşdırmışıq. Siyahımızda Duru, Avon, Parmolive, Farmasi və Nivea kimi bir çox markanın məhsulları yer alır. Onları sizə təqdim edirik.

1. Duru Fresh Sensations

Duru

Müsbət cəhətləri: Dərini təmizləyir, parlaq görünüş verir, qoxusu gözəldir

Mənfi cəhətləri: İntensiv tutarlılıq

Dərinizdə okean mehinin təravətini hiss edəcəksiniz. Xüsusi formulası sayəsində dərini tamamilə canlandırır və təmizləyir. Duru Fresh Sensations daha parlaq dəriyə sahib olmağa imkan yaradır.

2. Palmolive Aroma Sensations Feel The Massage

Palmolive

Müsbət cəhətləri: Aloe vera, ölü dəridən təmizləmə
Mənfi cəhətləri: Güclü ətir

T ərkibindəki Aloe Vera sayəsində dərini yeniləyir və təmiz saxlayır. Ölü dəniz duzu və su nanə ekstraktı ilə zənginləşdirilmiş Palmolive formulası ölü dərinizin təmizlənməsində ən böyük köməkçiniz olacaq.

3. Duru Natural Olive Zeytun Yağı Ekstraktı

Duru

Müsbət cəhətləri: Təbii zeytun yağı, dərinin nəmləndirilməsi, gözəl qoxu
Mənfi cəhətləri: qiymət

Duru Natural Olive xüsusi təmizləyici formulası ilə dərini ölü hüceyrələrdən təmizləyir və təravətləndirir. 100% təbii zeytun yağı ilə dərini nəmləndirir.

4. Avon White Lily

Avon

Müsbət cəhətləri: Bütün dəri tiplərinə uyğundur, gözəl qoxusu var
Mənfi cəhətləri: qoxusunun kəskinliyi, asanlıqla köpüklənmir

Lily öz formulasındakı zanbaq qoxusu ilə sizi ovsunlayacaq. Bu məhsuldan istifadə zamanı bol suyla yuyunmaq lazımdır.

5. Le Petit Marseillais

Le

Müsbət cəhətləri: Yumşaq və qalıcı ətir, dərini nəmləndirir, məqbul qiymət
Mənfi cəhətləri: Ölçüsü

Le Petit Marseillais, tərkibindəki ağ şaftalı və nektarinin birləşməsi ilə sizə mükəmməl qoxu effekti yaradır. Bu duş geli dərini daha yumşaq edir və nəmləndirir.

6. Pure Line

Pure

Müsbət cəhətləri: 12 saat qalıcı qoxu, təbiilik

Mənfi cəhətləri: pis ten hissi

Pure Line dərini təmizləyir və nəmləndirir. Tərkibində jasmin və centaury qoxusu olan duş geli 100% təbii məhsullardan istehsal olunub.

7. La Roche Posay Lipikar Sydnet

La

Müsbət cəhətləri: Dərini təmizləyir, uzunmüddətli nəmləndirir
Mənfi cəhətləri: Yüksək qiymət

La Roche Posay Lipikar Sydnet ilk istifadədən etibarən daha yumşaq bir dəriyə sahib olmağınıza imkan yaradır. Tərkibindəki Shea və Niacinamide yağları sayəsində ölü dərini təmizləyir və yeni məsamələrin açılmasını təmin edir.

8. Farmasi Dr. C. Tuna Çay Ağacı Duş Geli

Farmasi

Müsbət cəhətləri: Bütün dərilərə uyğun, nəmlik balansı, dərini təmizləyir
Mənfi cəhətləri: Qoxusu

Farmasi-nin bu duş geli təbiətdən ilham alınaraq hazırlanmış formulası sayəsində dərinizə təravət verir. Həmçinin, dərinin nəm balansını qoruyur. Müntəzəm istifadədən sonra dərini hamarlaşdırır.

9. Nivea Creme Care

Nivea

Müsbət cəhətləri: Dermatoloq tərəfindən təsdiqlənmiş, xüsusi formulu, nəmləndirir
Mənfi cəhətləri: Kiçik ölçülüdür

Nivea Creme Care xüsusi formulası ilə dərinizi nəm saxlayır. Duş geli tərkibindəki Pro Vitamin və badam yağı ilə dəriyə xüsusi qulluq edir. Beləliklə, dəriniz ilk istifadədən etibarən daha canlı və parlaq görünür.

10. Pierre Cardin Kind to Skin

Pierre

Müsbət cəhətləri: E vitamini, qliserin, nəmləndirmə
Mənfi cəhətləri: ətri qalıcı deyil

Tərkibində çoxlu miqdarda jasmin ekstraktı olan duş geli dərini qidalandırır və qurumasının qarşısını alır. Tərkibində E vitamini var.

Duş geli haqqında ən çox verilən suallar

Körpələr duş geli istifadə edə bilərmi?

Körpələr üçün istifadə etməyi məsləhət görmürük. Körpələrin dərisi çox həssas olur. Duş gellərindəki kimyəvi maddələr zərərli olmasa da, həssas dərini zədələyə bilər.

Üzü duş geli ilə yumaq olarmı?

Bəzi duş gellərinin tərkibindəki kimyəvi maddələr allergiya xəstələri üçün problem yarada bilər. Buna görə duş geli almadan əvvəl onun xüsusiyyətlərini nəzərdən keçirməyinizi tövsiyə edirik. İstehsal edilən duş gellərinin əksəriyyəti üzə zərər verməyəcək şəkildə təqdim olunur.

Saçları duş geli ilə yumaq olarmı?

Duş gellərinin əksəriyyəti bədənimizdəki PH dəyərinə görə istehsal olunur. Saçlarımızı yuyarkən duş gelindən istifadə etsək, saçlarımızda qırılma, quruma kimi halların müşahidə olunması normaldır. Buna görə saçlarınızı duş geli ilə yumağı məsləhət görmürük.

Duş gelinin faydaları nələrdir?

PH dəyəri aşağı olduğu üçün qıcıqlanma riskini azaldır. Günün yorğunluğunu daha tez aradan qaldırır və masaj effekti yaradır. Dərini təravətli saxlamağa kömək edir. \\İlk.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058942