Ən uzun soyada sahib tanınmış futbolçular - FOTOLAR

2021-10-12 22:24:00

Ən uzun soyada sahib tanınmış futbolçular - FOTOLAR

Futbolçularla bağlı maraqlı araşdırma hazırlanılıb. 

Bu dəfə qollarının, və ya qazandığı kubokların, mükafatların sayına görə, qeyri-adi soyad ilə fərqlənən futbolçuların siyahısını təqdim edirik:

Erik Cemba-Cemba (Eric Djemba-Djemba) 

Kamerun millisinin və "Mançester Yunayted" sabiq yarımmüdafiəçisi Erik Cemba-Cembanın soyadı həm maraqlı, həm də uzundur.13 hərf və simvoldan ibarət soyadı futbolçunun çıxış etdiyi bütün klubların formasında olduğu kimi yazılıb.

Sokratis Papastotopulos (Sokratis Papastathopoulos)

Yunan müdafiəçinin kürəyində soyadına deyil məhz adına - Sokratisə  üstünlük verməsi təəccüblü deyil. Əks halda indiyə qədər heç kim onu ​​xatırlamazdı. Soyadında 16 hərf var.

Reza Quçannecat (Reza Ghoochannejhad)

Adının yazılmasına üstünlük verən futbolçulardan biri də İran millisinin və "Zvolle" klubunun sabiq hücumçusu Reza Quçannecatdır. Futbolçunun soyadı 14 hərfdən ibarətdir.

Yakub Blaşikovski (Jakub Błaszczykowski) 

Polşa millisinin və "Visla Krakov" klubunun 35 yaşlı yarımmüdafiəçisi Yakub Blaşikovski də uzun soyada sahib olanlar sırasındadır. Geyim formasındakı soyadı 14 hərfdən ibarətdir.

Bastian Şvanştayger (Bastian Schweinsteiger)

Almaniya millisinin və "Bayenr Münhen" klubunun əfsanəvi yarımmüdafiəçisi Bastian Şvanştaygerin adını əvvəlcə Avropada alman dilini bilməyənlər çətinliklə tələffüz edirdi. Sonradan futbolçunun populyarlığı artıqca, adı dillər əzbərinə çevrildi.


Yan Venneqor of Hesselink (Jan Johannes Vennegoor of Hesselink)

Niderland millisinin və PSV klubunun sabiq hücumçusu əslində kürəyində Hesselink və ya Venneqor soyadı ilə də kifayətlənə bilərdi. Amma hər iki soyadı daşımağının tarixi səbəbi var. Futbolçunun atası Venneqor və Hesselink soyuna mənsubdur. O, mənsubiyyətinə sadiq qalmaq üçün hər iki soyun daşıdığı adı saxlamaq qərarına gəlib. Futbolçu da bu ənənəni davam etdirib. 20 hərfdən ibarət olan soyadı həmişə futbolçunun kürəyində olub. \\Fanat.Az