Əmrullayevin barındırdığı `Soros`çu MEYDAN SULAYIR... - Gəncədən ŞİKAYƏT

2022-04-28 12:16:00

Əmrullayevin barındırdığı `Soros`çu MEYDAN SULAYIR... - Gəncədən ŞİKAYƏT

 Artıq dövlət rəhbərliyinə şikayət etməkdən yorulan Gəncə sakini, əməkdar müəllim Həsənov İlham Musaoğlu növbəti dəfə etiraz dolu məktubunu "yuxarılara" ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bu gün Gəncə şəhərində ulu Öndəri ürəkdən sevən, onun yolunda ölümlə çarpışan və Prezidentin siyasi kursunu təbliğ edən 3-nəfər qalıbsa, onun biri mənəm. Mən onu bilirəm ki, şüurlu həyatımın 45-ilini sizə və dövlətə həsr etmişəm. İndi bu gün məni qərəzli şəkildə 65-yaşla bağlı işdən çıxarılmağım mənə qətiyyən təsir etmir. Mənə təsir edən amil odur ki, "Soros"a xidmət edən, əsgəri xidmətdə olmayan, Gəncədə YAP-a qarşı təxribat aparan kənd təsərrüfatı mütəxəssisi Anar Qədiməliyev nə böyük fiqurdur ki, ölkə rəhbərliyinin ona gücü çatmır.

Bu məsələ gündəmdə ən vacib məsələlərdən biridir. Bu adamın Gəncə təhsilinə rəhbərlik etməsi ölkə rəhbərliyinin adına hörmətsizlik və xələl gətirir. Hələ üstəlik bu adamın könlündən keçir ki, onu "regional"a müdir qoysunlar.

Maraqlıdır ki, həqiqətləri dediklərim üçün Emin Əmrullayev də mənimlə "prinsip aparır". Mən Respublikanın əməkdar müəllimiyəm. Bunların mənim barəmdə bu addımı Gəncə ictimayyətinə, ümumillikdə Azərbaycan təhsilinə təhqirdir. Çünki Gəncədə Bəhram İmranovu və yaxud digər şəhər və rayonlardan 75-80-yaşlı direktorların işdə saxlanılması dediklərimin parlaq təzahürüdür.

Mənim 67-yaşım var mən bilirəm ki, hələ xalqıma lazımam. Bunu Emin Əmrullayev və ilk növbədə şagirdim olmuş Kamran Əliyev düşünməlidir.

Mən öz ədalət yolumdan dönən deyiləm. Mənə göydə Allah, yerdə Prezident köməklik edəcək..."

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya