Saat:14:29
Haqqımızda

Əmrullayevdən 2 min vakansiya ilə bağlı - Açıqlama

2024-09-10 15:31:41

Əmrullayevdən 2 min vakansiya ilə bağlı - Açıqlama

“Kənd məktəblərində ixtisaslara bağlı olaraq boş qalan yerlərimiz var. Bu, əsasən təsviri incəsənət və musiqi müəllimliyi ixtisasları ilə bağlıdır. İbtidai sinif və ya ədəbiyyat müəllimliyi ilə bağlı vakant yer yoxdur”

Hurriyyet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev kənd məktəblərində iki min müəllim vakansiyasının olması ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, burada iki məqam var. Bunlardan biri fundamental problemdir: “Daha kiçik, məsələn ibtidai məktəblərdə az, bəzən cəmi 2-4 sinif olur. Belə olan halda musiqi dərsi cəmi 4 saat olur. Müəllimin oraya getməsi texniki olaraq mümkün deyil, çünki 4 saatın əməkhaqqısı çox aşağı olur. Yaxud 9 illik məktəblərdə toplasanız, bir müəllimin 9-12 saat dərsi olur. Belə olan halda, əgər həmin kənddə yaşayan adam deyilsə, ora getmir”.

Nazir problemin əsas səbəbini bunlarla əlaqələndirib: “Buna görə də biz təhsilin strukturuna bir daha baxmalıyıq. Bilməliyik ki, nələr səmərəlidir, nələr yox. Burada obyektiv səbəblər var. Bunun müəllim çatışmazlığı ilə əlaqəsi yoxdur. Gördüyünüz kimi, bu il yenidən 50 mindən çox insan müəllim olmaq istəyir. Onlar kifayət qədər bacarıqlı, savadlı gənclərdir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199409