Saat:10:01
Haqqımızda

Əmrullayev təhsilimizə QƏNİM GƏLİB? - Yoxsa təməli belə atılıb?

2022-05-17 10:21:00

Əmrullayev təhsilimizə QƏNİM GƏLİB? - Yoxsa təməli belə atılıb?

Bir neçə gün öncə, daha doğrusu, 9 May-Qələbə günü Bakıda 164 nömrəli orta məktəbdə keçirilən bayram tədbirində baş verənlər sözün həqiqi mənasında məni şoka saldı.
31 ildir müstəqillik əldə etməyimizə baxmayaraq məktəbin direktoru Kəmalə Qədirova şagirdləri məcbir edib ki, sinələrinə “Georgi lenti” yapışdırsınlar.
Emin Əmrullayevin NAZİR olduğu “kantor” açıqlama verib ki, bununla bağlı araşdırma aparırıq.
Əə, adama deyərlər ki, Azərbaycan 31 ildir müstəqil dövlətdir. Sən gənc uşaqların yaxasına asdığın Rusiya imperiyasının simvolunun nə olduğunu guya bilmirsən..?
Həə, Emin Əmrullayev, buna nə deyirsən..?
Bu məqamda bilirsiniz yada nə düşür…?
2019-cu ildə Bakı Slavyan Universitetində sovet KQB-sinin şefi Primakova təntənəli yubiley keçirdiniz…
Məsələnin üstü açılan kimi BSU-nun rektoru Nurlana Əliyeva yüz bəhanə gətirdi. Amma bir müddət sonra o vəzifəsindən uzaqlaşdırıldı.
Ümumiyyətlə, Azərbaycanda bütün sahələrdə ciddi problemlər var. İstər səhiyyə, istər nəqliyyat, istər kənd təsərrüfatı….Amma təhsildəki vəziyyət son həddə çatıb.
Gündə sosial şəbəkələrdə konkret, sübut kimi çəkilmiş videolara baxırıq. Məktəb direktoru olan qadın, kişi və qadın müəllimləri söyür və deyir ki, niyə aylıq pulu vermirsiniz..? Bunlar hamısı cinayət materiallarıdır.
Yaxud məktəb didrektoru 10-cu sinif şagirdinə əxlaqsızlıq təklif edir…
Yaxud direktor şagirdə deyir ki, yaxanı aç baxım…
Belə faktlar yüzlərlə, bəlkə də minlərlədir…
O gün Emin Əmrullayev deyir ki, hazırda tabeçiliyimizdə 7 minə yaxın təhsil müəssisəsi var.
Bəli, Emin Əmrullayev, hər təhsil müəssisəsi ayda ən azı 1000 manat ( bu rəqəm 3-5 min də ola bilər ) ödəsə, = 7000 x 1000 = 7000000, yəni 7 MİLYON…Bu hələ ən minimum rəqəmdir.
Elə bilirsən bunu cəmiyyət üzvləri bilmir…?
Emin Əmrullayev, sən Azərbaycan tarixində “könüllü rüşvət” ideyası ilə yadda qalacaqsan..?
Buna şübhən varsa, buyur, bax…
Təhsil naziri deyir rüşvət könüllü olmalıdır..
"Məktəblərdə pul yığımı könüllü şəkildə ola bilər"
…" Mən oxuduğum müddətdə də belə problem var idi. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır. Məktəbə əlavə resurs gəlmir. Təhsil belədir ki, buraya əlavə bir manat da gəlsə, yaxşı nəticə əldə olunur. Lakin bu məcburi olmamalıdır".
Əgər hansısa normal ölkədə təhsil naziri belə bir söz desəydi, o, sabahısı günü istefaya getməli idi. Yoxsa, onu..
İndi görək, son günlər Emin Əmrullayevin ətrafında nələr baş verir.
Hamıya məlumdur ki, təhsil sahəsində heç bir islahat həyata keçirə bilməyən Emin Əmrullayev nazirliyin nəzdində guya jurnalistlərdən ibarət İctimai Şura yaradıb.
Guya təhsil problemlərini ictimailəşdirmək üçün. Ancaq əsas məqsəd saytlarda gedən yazıları bloklamaq, onlara əks cavablar yazmaqdır.
Təkcə bir məsələyə nəzər salaq.
Heç kimə sirr deyil ki, orta məktəblərə direktorlar necə və hansı yolla təyin olunurlar..?
Təsəvvür edirsiniz məktəbin direktoru hansısa səbəbdən vəzifəsindən uzaqlaşdırılır. Və…
Məktəbdə kifayət qədər təcrübəli müəllimlər, hətta direktor müavinləri olduğu halda, boşalan direktor yerinə uzaq bir məktəbin direktor müavini gətirilir.
Eyy nazir Emin Əmrullayev, sizin məqsədiniz nədir..?
Bəli, uzaq bir məktəbdən direktor gələn şəxs isə məktəbdə intriqaların yaranmasına, məktəbdə çirkin mühitin yaranmasına səbəb olur.
Bütün dünyada sosial lift deyilən idarəçilik qaydası var.
Niyə məktəbin direktor müavini qala-qala kənar bir məktəbdən kollektivə rəhbər gətirirsiniz..?
Digər tərəfdən, ey Əmrullayev, məktəblərə direktor təyin olunmağın qaydaları var.
Məsələn, direktor təyin olunmalı şəxsin kifayət qədər təcrübəsi olmalıdır, üstəlik, təlimlərdən və müsabiqələrdən keçməlidir.
Amma sizin təyin etdiyiniz məktəb direktorları hesab edilir ki, sövdələşmə, bazarlıq yolu ilə təyin olunurlar.
Buna nə deyirsən, cənab nazir..?
Kim kursa gedib ingiliscə 3-4 söz bilirsə, onu məktəbə direktor təyin etmək, nə vaxtdan islahat olub, Emin müəllim..?
Məktəbdə direktor olmaq üçün ingilscə, yaxud firəngcə bilməyin nə əhəmiyyəti var..?
Cənab Emin Əmrullayev, yazının sonunda sənin “Partşkola”dan başlayan və Kolumbiya Universitetində bitən təhsil tarayektoriyan haqda uzun bir məqalə yazmaq istədim. Sadəcə, oxucuların vaxtına heyfim gəldi.
Sənin də millətimizin gələcəyinə heyfin gəlsin, get başqa bir işlə məşğul ol, təhsil sənlik deyil… //gundelik-baku.com//

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR