Saat:03:51
Haqqımızda

"Əmri pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar” - Ermənistan hərbi polisi məlumat yaydı

2024-02-12 19:45:55

“Fevralın 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Qafan-Zəngəlan hissəsində erməni hərbi qulluqçularının atəş açması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır".

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi məlumat yayıb.

"Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və (və ya) borclu olduğu hallar aydın şəkildə müəyyən edilir. İlkin məlumata görə, fevralın 12-də bu ərazidə belə bir vəziyyət olmayıb. Bu hal təsdiqlənərsə, əmri pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar”, - deyə rəsmi açıqlamada deyilir. \\Redaktor.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.182200