ƏMR VERİLDİ: Çin ordusu döyüşə hazır vəziyyətə gətirildi - Müharibə anonsları edilir

2022-05-27 12:08:00

ƏMR VERİLDİ: Çin ordusu döyüşə hazır vəziyyətə gətirildi - Müharibə anonsları edilir

ABŞ Prezidenti Co Baydenin Asiya turu çərçivəsində Tayvanın müdafiəsini dəstəkləyən bəyanatları Çini qəzəbləndirib.

Çin Tayvan ətrafında təlimlərə başlayıb. Ordunun açıqlamasına görə, Tayvan ətrafındakı sularda müxtəlif hərbi qüvvələrin cəlb olunduğu birgə fövqəladə patrul və real döyüş təlimi keçirilir. Açıqlamaya görə, hərbi təlimlər ABŞ və Tayvanın əməkdaşlığına qarşı xəbərdarlıqdır. Bildirilib ki, ordu, xarici qüvvələrin və Tayvanda azadlıq tərəfdarı qüvvələrin cəhdlərini məhv edəcək gücə sahibdir. Çinin Müdafiə Nazirliyindən bildirilib ki, ordu döyüş əmrinə hazırdır.

Qeyd edək ki, Co Bayden Çinin müdaxilə edəcəyi təqdirdə Tayvanın müdafiəsini təmin edəcəklərini bəyan edib.

Metbuat.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya