Emosional tükənmiş insanlara məzuniyyət verilə bilər
2025-06-04 23:49:53

Rusiyada Müasir Siyasət Problemlərinin Tədqiqi İnstitutunun direktoru Anton Orlov emosional tükənmişlik problemi ilə bağlı əlavə ödənişli məzuniyyət tətbiq edilməsini təklif edib.
Orlov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2019-cu ildə emosional tükənmişliyi xəstəlik kimi tanıyıb. Bu vəziyyət daimi yorğunluq, diqqət azalması və əsəbiliklə müşahidə olunur. Əgər vaxtında tədbir görülməzsə, depresiya və digər psixi problemlər yarana bilər.
O, xüsusilə reanimatoloq, hospis, uşaqlara tibbi yardım və İT sahəsində çalışanların risk qrupuna daxil olduğunu vurğulayıb. Tükənmişlik testlərlə müəyyən edilə bilər. \\Milli.Az
