"Əminəm ki, ordumuz legitim hədəf olan əli silahlı terrorçuları sıradan çıxaracaq" - NATİQ CƏFƏRLİ

2023-09-19 14:12:13

"Rəsmi qurumlarımız isə erməni-rus fitnələrinə imkan verməyəcək"

"Rusiyanın dəstəyi ilə silahlandırılmış erməni terror dəstələrinin Xocavənddə törətdiyi terror aktı nəticəsində həlak olan polis əməkdaşlarına Allah rəhmət eləsin, ağır itkidir, faciədir. Dövlətimizin kəskin cavab verməsi qaçılmazdır, cavab verilir və veriləcək". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloq əmindir ki, ordumuz legitim hədəf olan əli silahlı terrorçuları sıradan çıxaracaq: "Rəsmi qurumlarımız isə erməni-rus fitnələrinə imkan verməyəcək. Çox güman ki, yalançı "etnik təmizləmə" nağılını gücləndirmək üçün onlar müxtəlif təxribatlara gedə bilərlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137529