Emin Mahmudov “Neftçi”də qalırmı, qalmırmı? – SON XƏBƏR

2023-04-03 20:50:00

Emin Mahmudov “Neftçi”də qalırmı, qalmırmı? – SON XƏBƏR

Emin Mahmudovun “Neftçi”də qalıb-qalmayacağı mayda məlum olacaq.

2017-cı ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi klub rəhbərliyinin müqaviləni uzatmaqla bağlı son təklifini də geri çevirib.

Kapitan gələcəyi ilə əlaqəli yekun qərarı mövsümün sonunda verəcəyini bildirib.

O məlumdur ki, Eminin ailəsi yenidən Moskvaya köçmək istəyir. Yarımmüdafiəçinin valideynləri və digər yaxınları da bu ölkənin paytaxtında yaşayır.

«Neftçi»nin kapitanını Rusiyaya çəkən daha bir qüvvə «Lokomotiv»dir. “Dəmiryolçular” Mahmudovun xidmətinə ehtiyac duyur.

Moskva klubunun rəsmiləri yığmamızın da lideri olan orta sahə oyunçusuya yaxın menecerlərlə əlaqə saxlayıb, şərtlərlə maraqlanıb.

Eminin «Neftçi» ilə sözləşməsi iyunadək qüvvədədir. Paytaxt təmsilçisi onun qalmasına tərəfdardır.

Kapitana 3 illik müqavilə və əvvəlki mövsümlərdə əldə eidiyindən daha yüksək qazanc vəd olunub. Premyer Liqanın cari mövsümündə 14 qol vuran Mahmudov hələlik seçim etməyib. \\SPORTİNFO.AZ


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.217940