Emin Mahmudov: "Matça rahat çıxmağa ixtiyarımız yoxdur"

2022-06-09 22:53:00

Emin Mahmudov:

"Maçta rahat çıxmaq ixtiyarımız yoxdur".

Bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Bakıda Slovakiya yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi onları çətin matçın gözlədiyini bildirib: "Rəqib güclüdür. Tam gücümüzlə mübarizə aparacağıq. İlk iki görüşdə qələbə qazana bilməmişik. Bu dəfə yaxşı nəticə üçün çalışacağıq. Rəqib əvvəlki oyunda Qazaxıstana qalib gəlsəydi də, bizim üçün çətin olardı. Əlimizdən gələni edəcəyik ki, onları məyus edək".

Son matçlarda yığmada qol vura bilməyimlə bağlı tam bir səbəb deyə bilmərəm. Bəzən şanssızlıq olur, bəzən qapıçı çox yaxşı qurtarış edir, bəzən isə dəqiqlik çatışmır. Bunlar bizim qol vurmağımıza maneçilik törədir.

Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq. \\Fanat.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya