Emin Əmrullayev əmr imzaladı: Sentyabrın 7-də...

2022-09-05 17:53:00

Emin Əmrullayev əmr imzaladı: Sentyabrın 7-də...

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd ümumi təhsil müəssisələrində 2021/2022-ci tədris ili üçün müəyyən olunmuş hədəflərin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələri tərəfindən yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq və 2022/2023-cü tədris ilində qarşıda duran aktual vəzifələri müzakirə edib müvafiq əməli təkliflər hazırlamaqdır.

Əmrə əsasən, təhsil işçilərinin 2022-ci il sentyabr konfranslarının plenar müşavirə iclasları 7-13 sentyabrda keçiriləcək. Nəzərdə tutulan məsələlərin peşəkar səviyyədə müzakirəsini təmin etmək üçün səmərəli və mobil iş mühiti yaratmaq məqsədilə plenar müşavirələrin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələri üzrə keçirilməsi məqsədəuyğun hesab edilib.

Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.081360