Saat:16:47
Haqqımızda

Emin Ağalarov və atasından “Crocus” qurbanlarına 100 milyonluq yardım – FOTO

2024-03-27 19:21:23

Emin Ağalarov və atasından “Crocus” qurbanlarına 100 milyonluq yardım – FOTO

“Crocus Group” və Müslüm Maqomayev Fondu “Crocus City Hall”da dəhşətli terror aktı qurbanlarına yardım göstərəcək. 

Hurriyyet.az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı “Crocus Group”un sahibi, azərbaycanlı iş adamı Araz Ağalarovun oğlu, Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında post paylaşıb.

E.Ağalarov bildirib ki, o, atası ilə birgə Fonda 100 milyon rubl (təxminən 1,8 milyon manat) pul köçürüb: 

“Dostlarımızı, tərəfdaşlarımızı və hər kəsi yardıma qoşulmağa dəvət etdik”. 

Qeyd edək ki, martın 22-də axşam saatlarında baş verən terror aktı nəticəsində “Crocus City Hall” konsert zalı yanıb. Piknik qrupunun konsertinə gələn tamaşaçılara silahlı şəxslər atəş açıb. İstintaq Komitəsinin məlumatına görə, hücum edənlər “yanar maye”dən istifadə edərək konsert zalını da yandırıblar. Yanğın təxminən 13 min kvadratmetr ərazini əhatə edib. Konsert zalı tamamilə yanıb. Onun damı uçub. Yanğınsöndürənlər açıq alovu martın 23-ü axşam saatlarında söndürə biliblər. 

Son məlumatlara görə, terror aktı nəticəsində üçü uşaq olmaqla 140 nəfər həlak olub,119 nəfər yaralanıb. Terror aktı ilə əlaqədar 4-ü terrorçu olmaqla, 11 nəfər saxlanılaraq nəzarətə götürülüb. 

Hadisədən sonra İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin “Crocus City Hall”da yanğın təhlükəsizliyinin vəziyyətini yoxlamağı əmr edib. Baş Prokurorluq bundan əvvəl məlumat vermişdi ki, ərazidə yanğın təhlükəsizliyi yoxlamaları tam həcmdə həyata keçirilib. Agentlik “Crocus”un fəaliyyət icazəsinin olmaması ilə bağlı məlumatları da təkzib edib. Yanğın təhlükəsizliyi sistemindən danışan Araz Ağalarov bildirib ki, konsert zalında “bütün sistemlər həmişəki kimi çox yaxşı işləyir”. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR