Saat:06:47
Haqqımızda

“Əməliyyat üçün 25 min dollar lazımdır” – Allahverdi Yolçuyev

2024-03-30 20:07:48

“Əməliyyat üçün 25 min dollar lazımdır” – Allahverdi Yolçuyev

“Sənət adamı, aktyor üçün təqaüdə çıxmaq olmamalıdır. Həmin adam səhnədən alqışlarla yola salınmalıdır”. 

Hurriyyet.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev “Zaurla Günaydın” proqramında deyib. O, sənət adamlarının təqaüdə göndərilməsini tənqid edib. 

Parkinson xəstəliyindən əziyyət çəkən A.Yolçuyev “Müayinə edilir, 2 ildir həkim nəzarətindəyəm. İnkişafın qarşısı alınır. Birdəfəlik müalicəsi yoxdur. Amma Almaniyada əməliyyat olunmaq olur. Beynə çip yerləşdirirlər, qiyməti 50 min dollardır. Amma Türkiyədən bir professor gəlmişdi, 25 min dollar istədi. O da çıxdı getdi”.

Aparıcı Zaur Baxşəliyev isə Azərbaycanda bu əməliyyatı edən  həkim olduğunu, aktyoru reklam qarşılığında əməliyyat etdirmək istədiyini söyləyib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.206034