Əməkdar artistlə prodüser arasında GƏRGİNLİK: “Get, kişin gəlsin!” - VİDEO

2022-05-07 19:39:00

Əməkdar artistlə prodüser arasında GƏRGİNLİK: “Get, kişin gəlsin!” - VİDEO

Prodüser Təranə Səmədova ilə Əməkdar artist Vahid Əliyev arasında mübahisə yaranıb. 

 

Gərgin anlar Xəzər TV-də yayımlanan "Təsir dairəsi” verilişində baş verib. 


Belə ki, Təranənin Əməkdar artist Elza Seyidcahanla bağlı fikirlərinə aktyor etiraz edib:

 

"Azərbaycan qadınını təmsil edirsiz, danışığınıza fikir verin. Eşitməyi bacarın. Bakılılarda belə bir söz var, "Get, kişin gəlsin”. Qarşınızdakı insanı qiymətləndirin. Elza Seyidcahan əməkdar artistdir. Sizin ixtiyarınız yoxdur Azərbaycan sənətçisinə yuxarıdan baxıb, təhqir edəsiniz”. 

 

Təranə isə aktyorun iradlarını cavabsız qoymayıb: 

 

"Oğlunuzla bir yerdə böyümüşəm. Heç kimin ailəsində problemsiz heç nə olmur. Ağsaqqal kimi sizə hörmət qoyuram. Mənə səs tonunuzu qaldırmayın. Oğlunuzun da, qızınızın da keçdiyi taledən xəbərim var. Artıq danışmaq lazım deyil”. 

 

Bundan sonra Vahid Əliyev Təranə ilə bir verilişdə olmaq istəmədiyini deyərək, studiyanı tərk edib.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya