Saat:20:21
Haqqımızda

Əməkdar artistin sözlərinə sərt reaksiya: "Başımda meyvə ilə gəzmirəm ki?" - VİDEO

2023-06-02 00:02:00

Əməkdar artistin sözlərinə sərt reaksiya:

Əməkdar artist Elza Seyidcahan canlı efirdə əsəbiləşib. 

Hurriyyet.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi ekspert qismində iştirak etdiyi "Bizimləsən" ictimai-sosial verilişində Roman adlı iştirakçı ilə mübahisə edib.
Elza iştirakçının üst geyiminin qalın olduğunu bildirərək ona kətan köynək alacağını söyləyib. Roman isə Seyidcahanın bu sözlərini təhqir kimi qəbul edərək sərt şəkildə reaksiya verib.

Roman "Başımda meyvə ilə gəzmirəm ki?" kəlməsi ilə Elzanı özündən çıxarıb.

Əməkdar artist iştirakçıya belə cavab verib: "Demək istəyirəm ki, istidir. Sənə bunu yaxşı mənada dedim. Qaldı ki, başımdakı meyvələrə, onlarla həmişə fəxr edirəm. O, bir sənətkarın obrazıdır.

Bədənini döydürüb o günə qoymaqdansa, başına meyvə qoysaydın bundan min dəfə yaxşı olardı. Pis mənada demədim. Yaz fəslidir, efirdən baxırlar. Deyirsiniz ki, böyük bəstəkaram. Təvazökarlıqdan uzaq olsa da, belədir. Geyimdə və imicdə olsun, başımdakı meyvələrimlə Azərbaycanın fəxriyəm".

Seyidcahan, həmçinin proqramın aparıcısı Zaur Baxşəliyevə də iştirakçının sözlərinə müdaxilə etmədiyinə görə irad bildirib:

"Zaur, olmaz axı belə. Sən özün deməliydin ki, meyvə dəbdən xəbər verir. Özü də sənin Əməkdar artistinə deyir ki, başına meyvələr qoyub. Sən özün söyləməliydin ki, o, böyük səhv edib. O, üzr istəməliydi burada. Mən onu təhqir etmədim. Ürəyim yandı ona". Verilişin gedişatında Roman Elza Seyidcahandan üzr istəyib. Canlı efirdə yayımlanan həmin kadrları sizə təqdim edirik:

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR