Əməkdar artist vəfat edən həyat yoldaşından danışıb ağladı
2024-01-27 21:32:58
Əməkdar artist Bəsdi Sevdiyeva vəfat edən həyat yoldaşı Oqtaydan danışıb.
Ərinin ölümündən sonra ilk dəfə efirə çıxan müğənni "Elgizlə izlə" verilişinə gəlib. O, həyat yoldaşının xəstəliyindən danışıb:
"Aylarla xəstə yatmadı, 10 günün içində hər şey baş verdi. Rusiyaya belə apardıq, eyni sözü dedilər. Bakıda həkimlər dedi ki, Amerikaya belə aparsanız 15-20 gün ömrü qalıb. Hamımız şoka düşdük ki, necə ola bilər (ağlayır). Ona o qədər öyrəşmişdim ki, elə bilirdim atan, qardaşım odur".
Qeyd edək ki, Oqtay ötən il Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.\\Axşam.az