Əməkdar artist: “Pulum gedir, “sağ ol” deyən də yoxdur” - VİDEO

2022-11-23 23:03:00

Əməkdar artist: “Pulum gedir, “sağ ol” deyən də yoxdur” - VİDEO

Əməkdar artist Elnarə Abdullayeva bir də heç vaxt konsert verməyəcəyini açıqlayıb.

Hurriyyet.Az olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Söhbət var" verilişinə qonaq olarkən deyib.

Elnarə konsert üçün xərclənən pulu hədər hesab edib.

"Adama deyərlər ki, ay başı xarab, böyük konsertlər etməkdənsə, iki gündən bir yalançı mahnı yaz, pulunu qazan. Neynirsən, o boyda pulu sənətə xərcləyib başını xarab edirsən? Moskvada verdiyim "Qələbə" konsertinin zülmü hələ də başımdan çıxmayıb. Bəsdir konsertlər verdim. Pulum gedir, amma "sağ ol" deyən də yoxdur. And içmişəm ki, daha konsert verməyəcəm", - deyə, Abdullayeva qeyd edib.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.225423