Saat:12:59
Haqqımızda

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənə qarşı haqsızlıq edir" - ŞƏMKİR SAKİNİ ONA ƏLİLLİK DƏRƏCƏSİ VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR / VİDEO 

2024-05-08 12:08:30

Şəmkir rayonu, Könüllü kənd sakini Əliyev Samir Vaqif oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərbi həkim komissiyası ona qarşı haqsızlıq edir:

“Mən, Əliyev Samir Vaqif oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

1993-cü ildə könüllü olaraq cəbhəyə getmişəm. 1994-cü ilin aprel ayında Tərtər və Ağdərə uğrunda gedən döyüşlərdə arxa-arxaya zərbələr almışam. İkinci dəfə zərbə alandan sonra məni Tərtər hospitalına, oradan da vertolyot vasitəsilə Bakıya aparıblar. Musa Nağıyev adına xəstəxanada yatmışam.

Bir müddət sonra valideynimin göndərişi ilə Gəncə hospitalında müalicə almışam. Həmin vaxt qardaşım da ağır yaralı idi. Hospitalda mənə qapalı kəllə-beyin travması diaqnozu qoyulmuşdu. İllərlə müalicələr alsam da, nəticə vermirdi. Ağır infarkt xəstəsi də oldum. Şəkərim çox yüksəkdir, səhər-axşam iynə-dərman qəbul edirəm.

2023-cü ildə açıq ürək əməliyyatı keçirdim. Fiziki gücüm yoxdur. Bunların hamısı travmadan sonra başıma gəldi.

İynə-dərman almağa maddi imkanım yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərbi həkim komissiyası mənə qarşı haqsızlıq edir, əlilliyimi təyin etmirlər.

Belə başa düşürəm ki, ehtiyacı olanlara, kasıblara əlillik düşmür, ancaq məmur övladlarına və ətraflarına verilir. Ağrılara dözə bilmirəm, tez-tez təcili yardım çağırırıq.

Respublikanın baş psixiatrı, professor Fuad İsmayılovun rəyi, Maştağadakı dispanserdən qanuni sənədlərim, 2 saylı psixiatriya xəstəxanasından verilən sənəd, Qazax rayon psixatriya xəstəxanasından verilən sənəd, 230 saylı hospitaldan verilən sənəd, Respulika Xəstəxanasından verilən rəy, "Semaşko" xəstəxanasından verilən sənəd - hamısı qanuni olaraq təqdim olunub. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərbi həkim komissiyası mənim haqqımı tapdalayır, Respublikanın baş psixiatrı, professor Fuad İsmayılovun rəyini heçə sayır”. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.224519