Saat:16:50
Haqqımızda

Elxan Qasımovun qızı: "Atam oğlunun yanında dəfn olunacaq" - ÖZƏL

2023-05-29 20:58:00

Elxan Qasımovun qızı:

Xəbər verdiyimiz kimi, kinorejisser, Əməkdar artist Elxan Qasımov vəfat edib. 
Bizim.Media-nın əməkdaşı sənətkarın qızı Kəmalə xanımla əlaqə saxlayıb. 
O bildirib ki, atası bir neçə dəqiqə əvvəl müalicə aldığı klinikada dünyasını dəyişib: 
"Atamın vəziyyəti çox ağır idi. O, bir neçə dəqiqə əvvəl müalicə aldığı klinikada vəfat etdi. Bu dəqiqə danışmaq mənim üçün çox ağırdır. Atama aorta anevrizmasının partlaması diaqnozu qoyulmuşdu. Mayın 9-da təcili əməliyyat olundu. Bir müddət reanimasiyada müalicələr aldı. Çox qan itirdiyinə görə, ona qan köçürüldu, sistemlər olundu. Bir müddətdən sonra onu süni nəfəs aparatından ayırdılar. Çətinliklə də olsa nəfəs alırdı. Amma həkimlərin bütün səylərinə baxmayaraq, atamı bu ağır vəziyyətdən çıxartmaq mümkün olmadı". 
Kəmalə xanım valideyninin dəfn olunacağı yeri də açıqlayıb: "Atam sabah günorta saatlarında oğlunun yanında, Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq". 
Allah rəhmət elesin!  


 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR