Saat:03:17
Haqqımızda

Əlvida KTMT, salam NATO? – Paşinyan Nyu-Yorkda kiminlə görüşüb?

2022-09-23 08:00:00

Əlvida KTMT, salam NATO? – Paşinyan Nyu-Yorkda kiminlə görüşüb?

Hurriyyet.az xəbər verir ki, dünən Nyu-York şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş keçirilib.

Paşinyanın rəhbərlik elədiyi “Vətəndaş müqaviləsi” partiyasının mətbuat xidmətinin açıqlamasında deyilir: “Ermənistanın Baş naziri Yens Stoltenerq ilə görüşüb”.

Görüşdə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak ediblər.

Görüşün təfərrüatları açıqlanmır.

Xəbər verdiyimiz kimi, sentyabrın 19-da ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin başçılıq elədiyi nümayəndə heyəti İrəvana səfər çərçivəsində Ermənistanın Müdafiə naziri Suren Papikyanla görüşmüşdü. Danışıqların əsas mövzusu Ermənistanla ABŞ-ın hərbi sahədə əməkdaşlıq perspektivi olmuşdu.

Pelosinin Ermənistan səfəri başa çatdıqdan sonra isə Baş nazir Nikol Paşinyan parlamentdənkənar siyasi qüvvələrlə keçirdiyi Məşvərət iclasında Ermənistanın Rusiyanın başçılıq elədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi blokundan çıxması məsələsi müzakirə edilmişdi.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR