Saat:16:19
Haqqımızda

Elşad Miridən Hacı Təyyara SƏRT REAKSİYA – “Sizin siğə dediyiniz əxlaqsızlıqdır"

2023-11-06 15:27:35

Elşad Miridən Hacı Təyyara SƏRT REAKSİYA – “Sizin siğə dediyiniz əxlaqsızlıqdır

​​​​​​İlahiyyatçı Hacı Təyyar Hüseynlinin "Ginekoloji və estetik əməliyyat zamanı qadın kişi həkimlə siğə etdirməlidir" açıqlaması ictimaiyyətdə rezonans doğurub. Bu fikirlərlə razışlaşmayan kəsim ilahiyyatçını bu fikirlərinə görə sosial şəbəkələrdə tənqid və təhqirlər yağdırıblar.

Bu azmış kimi ilahiyyatçı növbəti dəfə açıqlama verərək, ümumiyyətlə kişi və qadınların harada olmasından aslı olmayaraq bir yerə düşərlərsə, siğə etdirməli olduqlarını deyib:

"Evli xanımlar bu cür tibbi proseslərdən öncə həkimlə dini cəhətdən müqavilə bağlamalıdır ki, kişi həkimin qadına toxunması günah sayılmasın. Bu tələb dini cəhətdən vacib sayılır. Bu cinsi məsələ deyil, qarşılıqlı müqavilə məsələsidir. Bu ilahi qadağanın tənzimləmə məsələsidir. Qadınlar qadın həkimlərə müraciət etsin, kişilər kişi həkimə. Bu daha rahat olar.. ".

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı öz yutub kanalında münasibət bildirən ilahiyyatçı Elşad Miri Hacı Təyyarın bu fikirlərini əxlaqsızlığın təbliği kimi qiymətləndirib:

"Ay ikiayaqlı canlı..."

"Hacı Təyyar deyir ki, "dinimizdə siğə müxtəlif cür başa düşülür. Siğəni müddətli dini nikahla səhv salırlar". Necə başa düşülür? Müddətli dini nikah olur? Nikahın müddəti olur? Bu nə yanaşmadır? Kimsə gəlib qız istəyəndə, deyir ki, sizin qızınızla 3 aylıq dini nikah bağlayıram. Yaxud kimsə qızını ərə verəndə deyir ki, bu izdivac 6 aylıqdır. Müvəqqəti dini nikah anlayışının özü belə o qədər gülünc, ağlamalı, biabırçı və əxlaqsızlığın təbliğidir ki, buna bir aydınlıq gətirməyin, yaxud hansısa don geydirməyin variantı qalmır.

Deyir ki, bir sıra hallarda siğə bağlamaq olar. Bunu, bir növ anlaşma və müqavilə kimi də izah etmək mümkündür. Ay insan, ay ikiqayaqlı canlı, ay fahişəliyə, əxlaqsızlığa dini don geydirən dini dar və zavallı bir müqavilə bağlandığı zaman qarşı tərəf olur, ya olmur? Müqavilədə şahidlər olur, olmur? Bunun daha sonrakı prosesi olur, olmur?

Siz müqavilə deyəndə nə başa düşürsüz?

İki nəfər arasında müqavilə bağlandı, budur sadəcə? Orada imza və ya anlaşma yoxdursa, sabah qarşı tərəfin haqqı tapdandığı zaman bunu necə isbat edəcəksən? Deyir əgər qadın kişi ilə hər hansı bir yerdə qalacaqsa, siğə etdirə bilər. Bir xanım bir kişi ilə hansı yerdə bir yerdə qala bilər? Siz dediyiniz bu ifadənin əxlaqsızlıqdan başqa bir varinatı varmı? Sizin siğə dediyiniz əxlaqsızlıqdır. Müvəqqəti dini nikah dediyiniz isə əxlaqsızlığa, fahişəliyə və pozğunçuluğa dini don geydirməyinizdir.

Deyir qadına hər hansı məsələ üçün toxunmalı olan şəxs naməhrəm sayılmaması üçün bu dini müqaviləni bağlamaqdır. Məsələyə həmişə patriarxal yanaşılır. Yəni kişi nöqteyi nəzərdən yanaşılır. Qadın nöqteyi-nəzərdən heç zaman bunların ağlına nəsə gəlmir, düşünmürlər ki, qadın olsa nə olar? Qadın da kişiyə baxsa, siğə kəsdirməlidir?"

Elşad Mirinin sözlərinə görə vəfat etmiş qadın üçün məhrəm və naməhrəmliyin heç bir anlamı yoxdur:

"Deyir ki, bir xanım məzara qoyulursa, onun məhrəm kişi xeylağı yoxdursa, o zaman şəriət qadağanı aradan götürür və yad adam ona toxuna bilər. Vallah insan bunları anlamaqda çətinlik çəkir. Bir insan vəfat edibsə, ona naməhrəm olsa, nə olacaq və ya məhrəm olsa, nə olacaq?

Bu nə anlayışdır?

Kəfənlənmiş bir meyiti qəbirə qoymaq üçün əmi, dayı, baba, ata və ya kimsə, bu nə məntiqdir? Yaxud kişi həkim bir gündə neçə-neçə qadın xəstəni müayinə edir və yaxud bir neçə əməliyyat həyata keçirir. Hər biri ilə siğə etdirməlidir? Həkimə müraciət edən qadın ailəlidirsə, bununladamı siğə bağlatdırmalıdır? Anlamıram, siz nə yeyirsiniz, nə içirsiniz və haranızla düşünürsünüz?

Bəs, yaxşı həkim qadındırsa, onun yanına müayinəyə gələn kişiyə toxunursa, o da siğə etdirməlidir?

Bu gün bu insanlar qadın və kişi deyəndə niyə beyinləri ilə deyil, başqa yerləri ilə düşünürlər? Bir qadınla kişi söhbət edə bilməzmi? Hər hansı bir məsələdə müzakirə edə bilməzmi? Bir yerdə oxuya və ya işləyə bilməzlərmi? Sinif yoldaşım var, elmlər namizədidir, xarici ölkələrdə müdafiə edib və kişi ginekoloqdur. O da bu məsəlyə etirazını bildirib. Deyir, bunların başı qaçıb? Vallah, bunlara dini dar sözü belə zəif gəlir. Ağzı olan danışır, buna deyərlər".

News24.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.643699