Elşad Miri Şeyxin bostanına daş atdı

2022-04-15 15:03:00

Elşad Miri Şeyxin bostanına daş atdı

"Dünya katoliklərinin dini rəhbəri olan Roma Papası Papa Francis həbsxanadakı məhkumları ziyarət edib. 12 nəfərin ayağını yuyub, dəsmalla qurulayıb sonra da ayaqlarından öpüb. Çıxışı əsnasında da "İnsanlara xidmət edən birinci biz olmalıyıq, onlardan sui-istifadə etməməliyik" - deyib".

Hurriyyet.az xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri özünün facebook hesabında yazıb. İlahiyyatçı daha sonra bunları əlavə edib:

"Bu şəkilləri görəndən sonra ağlımdan o qədər suallar keçirki! 85 yaşlı Papanın əvəzinə 72 yaşlı birini əvəzləmək istəyirəm. İnsanlara xidmət etməyin əvəzinə, özlərinə xidmət etdirənlərlə müqayisə aparmağı arzulayıram..."

Elşad Mirinin "72 yaşlı birini" deyərkən Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəni nəzərdə tutduğu şübhə doğurmur. İlahiyyatçı bundan əvvəl də çıxışlarında Şeyxi və yaxın ətrafını sərt tənqid edib. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya