Saat:03:51
Haqqımızda

“Elman Paşayev sifariş əsasında tutulub” – Məşhur vəkilin rəhbər şəxslərlə problemi var

2024-09-17 14:24:07

“Elman Paşayev sifariş əsasında tutulub” – Məşhur vəkilin rəhbər şəxslərlə problemi var

Neçə vaxtdır ki, Rusiya mediasında “Elman Paşayev” rüzgarı əsir. Onun barəsində yayılan məlumatlardan asanlıqla bu qənaətə gəlmək olur ki, əslən azərbaycanlı olan və Rusiyanın məşhur vəkillərindən biri kimi tanınan Elman Paşayev israrlı şəkildə təqib olunur.

Bunu ilk növbədə həmvətənimizə qarşı irəli sürülən ittihamların predmetsiz olması sübut edir. Onu təqib edən, peşə fəaliyyətinə maneçilik törədən, həbs etdirmək istəyənlər nə qədər yüksək mənsəbli və güclü olsalar da sona qədər məqsədlərinə çata bilmirlər.

elpasa.jpg (74 KB)

Bu günlərdə Elman Paşayevlə bağlı daha bir qalmaqallı xəbər yayılıb. Bildirilir ki, o, müvəkkili və dostu, onunla birlikdə Rusiya ordusunda döyüş xidməti keçən Aleksey Blinovskinin həyat yoldaşını vergidən yayınma ittihamından xilas etməyə, qadının vergi borclarını ödəməsi şərti ilə cəzasız qalmasına çalışıb.

Ona görə də E.Paşayevin saxlandığı bildirilir.

Tanınmış hüquqşünasın yaxınları Musavat.com-a bildiriblər ki, Elman Paşayevin bəzi yüksək mənsəbli şəxslərlə, konkret olaraq, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə problemi var və məhz bu şəxs öz səlahiyyətlərindən istifadə edərək onu təqib edir, dönüb-dönüb necəsə dolaşdırmağa çalışır.

Maraqlıdır ki, hazırda Rusiya-Ukrayna müharibəsində tank ekipajının komandiri kimi döyüşlərdə iştirak edən Paşayevi, necə deyərlər, “frontovik” olması da xilas etmir. Bundan əvvəl ən ağır cinayətlər törətmiş məhkumları belə müharibəyə gedəcəkləri təqdirdə azadlığa buraxan, məhkumluqlarını ləğv edən hakimiyyət orqanları hər hansı bir təqsiri sübut olunmayan, döyüşlərdə bir neçə dəfə yaralanmış hüquqşünas zabiti cəbhədən geri çağırır və həbs edir.

Yaxınlarının dediyinə görə, Elman Paşayev özünə, öz təqsirsizliyinə əmindir və təcrübəli hüquqşünas kimi özünü layiqincə müdafiə edəcək. Bildirilir ki, yaxın günlərdə ən yüksək səviyyədə onun günahsızlığı sübut olunacaq və həmvətənimiz azadlığa buraxılacaq.

Onu da qeyd edək ki, E.Paşayev iştirak etdiyi döyüşlərə görə RF rəhbərliyi tərəfindən müxtəlif medallarla təltif edilib.

1-med.jpg (145 KB)

2med.jpg (121 KB)

3med.jpg (89 KB)

4med.jpg (143 KB)

mekt5.jpg (113 KB)

telt-6.jpg (97 KB)

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194975