Saat:14:10
Haqqımızda

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları - FAKTLAR

2024-05-09 10:36:39

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları - FAKTLAR

"Cəmi 20 gün əvvəl yazmışdım. Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirmədən Ramiz Mehdiyevin oğluna məxsus şirkət ilə 2 milyon manatlıq satınalma müqaviləsi imzalayıb".

Hurriyyet.az "arqument.az"a istinadən xəbər verir ki, bunu iqtisadçı Allahverdi Aydın sosial media hesabında yazıb.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyi bu dəfə də Əli Həsənovun ailə üzvlərinə məxsus şirkəti 115 min manatlıq tenderin "qalibi” seçib: "Deməli, "Azərbaycan Müəllimi” qəzeti Elm və Təhsil Nazirliyinin rəsmi mətbuat orqanıdır. Yəni "Azərbaycan Müəllimi” qəzetinin sahibi (təsisçisi) Elm və Təhsil Nazirliyidir. Amma, nazirlik öz qəzetini Əli Həsənova bağlı olan "Azərmətbuatyayımı” ASC-dən satın alır. Üstəlik, 8 səhifəlik qəzetin bir ədədini 1 manata alacaq".

"8 səhifəlik qəzetin 1 manata alınması "Dövlət satınalmaları haqqında "Qanunun 19-cu maddəsinin tələbinin pozulması deməkdir. Həmin maddədə yazılır ki, satınalan təşkilat tərəfindən ehtimal olunan qiymət təsdiq olunmadan satınalmaya başlanıla bilməz. Əgər ölkədə 16 səhifəlik qəzetlərin pərakəndə satış qiyməti 60 qəpikdirsə, 8 səhifəlik qəzetin topdansatış qiymətinin 1 manat olması o deməkdir ki, nazirlik ehtimal olunan qiyməti düzgün hesablamayıb. Bu da Qanunun tələbinin pozulması deməkdir", - deyə iqtisadçı vurğulayıb.

İqtisadçı bildirib ki, "Azərmətbuatyayımı” ASC-nin təsisçisi "Kaspi Mətbuat Yayım” MMC-dir. Hər iki şirkətin rəhbəri eyni şəxsdir - Salmanov Süleyman Əli oğludur.

"Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda - Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşir: "Məsələn, Əli Həsənovun həyat yoldaşının rəhbərlik etdiyi olan "Kaspi Education” MMC də (VÖEN – 1701352711) bu ünvanda qeydiyyatdadır. Yeri gəlmişkən, qeyd edim ki, elm və təhsil nazir də əvvəllər "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb".

 Elm və Təhsil Nazirliyindən məsələyə münasibət bildirilməyib.

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.246138