Elm və Təhsil Nazirliyindən AMEA-nın fəaliyyəti ilə bağlı AÇIQLAMA

2022-07-28 22:31:00

Elm və Təhsil Nazirliyindən AMEA-nın fəaliyyəti ilə bağlı AÇIQLAMA

“Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu proses AMEA-nın ləğv olunması deyil, əksinə elm və təhsilin inteqrasiyasında, yeni mərhələnin başlanğıcı deməkdir”.

Bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, AMEA bundan sonra da fəaliyyətini davam etdirəcək: 

“Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Elm və Təhsil Nazirliyi yaradılıb. Elm və Təhsil Nazirliyinə elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər həvalə edilib. Nazirliyin yanında 2 yeni agentlik yaradılıb və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu proses AMEA-nın ləğv olunması deyil, əksinə elm və təhsilin inteqrasiyasında, yeni mərhələnin başlanğıcı deməkdir. AMEA bir sıra humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək”. \\Sfera.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.094075