Elm adamları təsadüfən 60 milyon balığın olduğu yuvanı kəşf etdi - Araşdırma...

2022-01-15 16:16:00

Elm adamları təsadüfən 60 milyon balığın olduğu yuvanı kəşf etdi - Araşdırma...

Antarktidada araşdırma aparan elm adamları gördükləri mənzərə qarşısında təəccüblərini gizlədə bilməyiblər. 

Hurriyyet.az Moderator.az-a istinadən xəbər verir ki, dünyanın ən böyük balıq yetişdirdiyi ərazini kəşf edən elm adamları zərər görməmək üçün ərazini qırmızı zona elan ediblər. Antarktida alimləri tərəfindən edilən kəşf bütün dünyanın marağına səbəb olub. 

Tədqiqatçılar Antarktidada dünyanın ən böyük balıq yetişdirmə ərazisini tapıblar.

Hər yuvada 2500 yumurta... 

Yuvalar təqribən 240 kvadratkilometr (Böyük Britaniyadakı Kettering ölçüsündə) ərazidə cəmləşib və bəzi yerlərdə hər kvadrat metrə iki yuva olub. Hər yuvada isə 2500-ə qədər yumurta tapılıb. 

Alman tədqiqat gəmisi Polarsternin göyərtəsində olan tədqiqatçılar əllərindəki kamerayla dənizin 535 metr dərinliyində çəkiliş aparıblar.