Əllər tək qiyamət günü deyil, indi də danışır... - PAŞA YAQUB YAZIR

2022-11-16 17:14:00

Əllər tək qiyamət günü deyil, indi də danışır... - PAŞA YAQUB YAZIR

Təsəvvür edin ki, bir nəfər öz düşməni ilə biyabanda rastlaşır və bıçağını çıxararaq, düşmənini qətlə yetirir. Həmin bıçağı qolu gəldikcə biyabanlığa fırıldadır, əlini də su kanalında yuyaraq, heç bir iz buraxmadan evinə gəlir...

Meyit tapılır. Həmin öldürəni şübhəli şəxs qismində saxlayırlar. Lakin əldə sübut olmadığından, şübhəli qətli boynuna almır. Bütün təzyiqlərə, işgəncələrə baxmayaraq, dil-dil ötür ki, mən öldürməmişəm, sübut edin!

 ...Bir gün biyabanda həmin bıçaq birinin (polisin, yaxud biçinçinin...) qarşısına çıxır və dərhal müstəntiqə təhvil verilir. Barmaq izləri ekspertizaya verilir və sübut olunur ki, şübhəliyə məxsusdur. Müstəntiq bıçağı sellafon torbada stolunun üstünə qoyur və tapşırır ki, şübhəlini gətirin. Şübhəli gəlir, oturur müstəntiqin qarşısında. Müstəntiq torbanın ucundan qaldırır, bıçağı müttəhimə göstərir. Müttəhimin dünənə qədər bülbül kimi ötən dili artıq susur. Dilin danışmağa ehtiyacı qalmır. Çünki artıq əl DANIŞIR. Əl danışanda dil susur, qiyamət günündəki kimi (bundan sonra müttəhimin "o dünyası" - türmə həyatı başlayır). 

Bura qədər kriminal dildə izah etdik. İndi keçək riyaziyyata. Yəni mövzunu riyazi dildə davam etdirək. 

Quranda barmaq izləri

İnsanın anatomik quruluşunda olan saysız-hesabsız hikmətlərdən biri də barmaq izləridir. Dünya yaranandan nə qədər insan gəlib-getsə də, heç birinin barmaq izləri biri-birinə bənzəməyib. Quranda bu mövzuda cəmi bir ayədə söhbət açılır. Bildirilir ki, qiyamət günü insanlar dirildilərkən, həmin izlər olduğu kimi bərpa olunacaq və əməlləri ona həmin izlərlə sübut olunacaq:

"Bəli, Biz onun barmaqlarını (barmaq izlərini) da düzəltməyə qadirik!" Quran, 75:4.

Gəlin indi sizinlə birlikdə Quranın birinci ayəsindən başlayaraq, 75-ci surənin 4-cü ayəsinə (barmaq izlərinə) qədər sayaq. Həmin barmaq izlərindən bəhs edən yeganə ayəyə çatanda görəcəyik ki, bu, Quranın 5555-ci ayəsidir.

Deyəcəksiniz ki, nə olsun? 

İndi də gəlin iki əlimizi və iki ayağımızı yanaşı qoyub, barmaqlarımızı sayaq: 5555 ədədini gördünüzmü?! 

Bu da "Qiyamət" (75) surəsinin 4-cü ayəsini göstərirmi?

"Bəli, Biz onun barmaqlarını (barmaq izlərini) da düzəltməyə qadirik!" Quran, 75:4. (5555-ci ayə.) 

Elə isə, susaq! Bundan sonra nə isə danışmağa, yazmağa ehtiyac yoxdur. Çünki artıq əllər riyazi dildə də danışdı və haqqı təsdiqlədi!

Unutmayın ki, Prezidentdən tutmuş, dağdakı çobana qədər hamının əlləri belə danışacaq (həm bu dünyada, həm o dünyada)! Odur ki, əməllərinizə diqqət edin. Çalışın ki, barmaq izləriniz ancaq gözəl əməllərin üzərində qalsın. Məndən demək. 

Paşa Yaqub,

Elmi-lədun bilicisi

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.171826