Əliyevdən Türkiyəyə mesaj: Bu, atalarımızın vəsiyyətidir

2022-05-14 17:30:00

Əliyevdən Türkiyəyə mesaj: Bu, atalarımızın vəsiyyətidir

Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik. Ölkələrimiz çox böyük sınaqlardan keçib.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

"Keçən il bizim qədim və tarixi şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır. Atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik", - Prezident vurğulayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya