Əliyev Paşinyana daha 1 il möhlət verdi - SƏBƏB

2022-06-18 11:29:00

Əliyev Paşinyana daha 1 il möhlət verdi - SƏBƏB

Bakı Ermənistan üçün mənfi nəticələrlə bağlı xəbərdarlıq edir; ekspertlər deyirlər ki...

Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında vacib xəbərdarlıqlar etdi. “Yeni Müsavat” yazır ki, dövlət başçısı Ermənistana mühüm siqnallar ötürdü və “hər iki tərəf xoş məramla çalışsa, biz sülh sazişini bir il ərzində imzalaya bilərik” söylədi.

İlham Əliyev bildirdi ki, münaqişə artıq yoluna qoyulub, Minsk Qrupu tərəfindən hazırlanmış və Madrid prinsipləri adlandırılan prinsiplər öz həllini tapıb və biz Ermənistanla münasibətləri normallaşdırmaq, sülh sazişi imzalamaq üzərində çalışmalıyıq.

Prezident hesab edir ki, Qafqazla bağlı baxışımız inteqrasiya və əməkdaşlıqdan ibarətdir: “Biz bu məsələ ilə bağlı gürcü  həmkarlarımızla məsləhətləşmə aparmışıq və Gürcüstan hökuməti də bu ideyanı dəstəkləyir — Gürcüstanda Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi və dialoqun başlanılması. Təəssüflər olsun ki, Ermənistan bundan imtina edir”.

Azərbaycan rəhbərinin sözlərindən aydın olur ki, Bakı İrəvana daha bir il vaxt verir. Aydın məsələdir ki, müharibə sonrası sülh çətin prosesdir. Amma önəmli olan prosesin hansısa sürətlə qabağa getməsidir, nəinki ümumiyyətlə dayanması. Əfsus ki, rəsmi İrəvan hələ də sülhə həvəsli, xoşməramlı və iradəli görünmür, yalnız quru vədlər verməklə, söz oyunu ilə vaxtı uzatmağa çalışır.

Dövlət başçısının çıxışında ən diqqət çəkən məqam şübhəsiz ki, onun Zəngəzur dəhlizi ilə bağlı dedikləri oldu. Prezident Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsinin regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunu olduğunu bildirdi. Bəs, Ermənistan bir ilə ağıla, sülhə gələcəkmi?

Fuad Əliyev: Bəziləri üçün imzaları İcra strukturlar yığıb. Biz bunları  hamısını bilirik.-Video - Sozcu.az

Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Prezidentin açıqlamaları Ermənistanla yanaşı bu prosesdə iştirak edən tərəflərə də mesaj idi. Partiya lideri İrəvanın sülhdən qaçışı olmadığını hesab edir: “Paşinyan da etiraf etdi ki, sülh olmasa, Ermənistan məhvə məhkumdur. Ölkənin yenidən vassal kimi mövcudluğu davam edəcək. Əgər sülh sazişi imzalanmasa, ərazi bütövlüyümüzü tanımasalar, bundan itirən Azərbaycan yox, Ermənistan olacaq. Ona görə erməni baş nazir ”papağını qabağına qoyub" götür-qoy etsin, erməni cəmiyyətini sülhə hazırlasın. Bu, həm də Türkiyə-Ermənistan münasibətlərinin inkişafına xidmət edəcək və Avropaya pəncərəsi açılacaq. Belə fürsətləri əldən vermək, mənasız iddialar irəli sürərək yaşamaq Ermənistanı inkişafdan saxlayacaq".

Partiya sədrinin fikrincə, qarşıdakı bir ildə irəliləyişlərin olması mümkündür: “Əvvəlcə kommunikasiyalar işə düşməlidir. Paralel şəkildə delimitasiya işi getməlidir. Yəni bu iki razılaşma qoşa addımlamalıdır. Paşinyan özü də bəyan edir ki, sülh müqaviləsi üçün imkanlar var. O halda əsassız iddiaları kənara qoyaraq, sülh müqaviləsinə doğru addım atmaq lazımdır. Azərbaycan heç nə itirmir, qoy İrəvan fikirləşsin”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Əliyevin çıxışı Qarabağ və Ermənistanla münasibətlər fonunda müəyyən məqamlara aydınlıq gətirib, eləcə də proseslərin mümkün inkişafına dair ehtimalları önə çıxarıb: “Birinci, Bakının Zəngəzur dəhlizi ilə bağlı gündəliyi dəyişməyib: Brüsseldə dəhlizin ”yol məntiqi" üzrə açılması haqda şifahi razılaşma olsa da, Əliyev üçtərəfli bəyanata əsasən, “maneəsiz çıxış”ın təmin edilməsini tələb edir və ermənilərin Laçın yolundan maneəsiz istifadəsinin disbalans yaratdığını deyir. Bununla təsdiq edir ki, Zəngəzurdan “maneəsiz çıxış” verilməsə, Laçından da “maneəsiz çıxış” olmayacaq. Əliyevin Laçın dəhlizini ilk dəfə “Laçın yolu” adlandırması da verdiyi mesaj fonunda diqqət çəkir.

İkincisi, Qarabağda etnik ermənilərin “təhlükəsizliyi və hüquqlarının təmin edilməsi” Azərbaycan Konstitusiyası ilə təmin ediləcək. Ermənilərin bölgədə qalmasının yeganə yolu yaşadıqları ölkənin vətəndaşlığını qəbul etməkdir".

Təhlilçi deyir ki, Əliyev “status” iddialarının yeni qarşıdurmaya səbəb olacağını deyir və bunu təkcə İrəvana yox, “status”u təzyiq rıçağı kimi görən bütün tərəflərə ünvanlayır: “Lakin İrəvan razılaşmaya əməl etmir və Əliyev bunun Ermənistan üçün mənfi nəticələri haqda xəbərdarlıq edir. İrəvan Qarabağda ”status" istəsə, Azərbaycan Qərbi Zəngəzurda status tələbini irəli sürəcək. Bakı artıq Ermənistan tərəfindən praktiki mərhələdə addımların atılmasını tələb edir. Prosesin uzanması hərbi müstəvidə addımları zərurətə çevirə bilər".

Azərbaycan ilə gərginlik İran iqtisadiyyatına daha böyük zərbə vuracaq”-Turan  Rzayev

Turan Rzayev

Ekspert Turan Rzayev isə qeyd edir ki, prinsip etibarilə rəsmi Bakı həm Şərqi Zəngəzurda, həm də Naxçıvanda müvafiq infrastruktur və nəqliyyat əlaqələrini istismara hazır vəziyyətə gətirib: “Prosesi uzadan Ermənistan tərəfidir. Lakin bu məsələ Ermənistanın təkbaşına verə biləcəyi qərar da deyil. Yəni Zəngəzur dəhlizi Çin, Birləşmiş Krallıq, Rusiya, Türkiyə kimi ölkələrin də marağında olduğu meqalayihədir. Azərbaycan Prezidentinin forumda toxunduğu məqamlardan belə bir nəticəyə gələ bilərik ki, rəsmi Bakı Ermənistanın bu və ya başqa cür yayınma cəhdlərinə imkan verməyəcək. Bakı Cənubi Qafqazda yaranan reallıqları Ermənistana istəsə də, istəməsə də qəbul etdirəcək”.

Təhlilçi deyir ki, Prezident çıxışı zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığını və ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar etdiyini bildirib: “Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq”.

“Yeni Müsavat”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya