Əliyev “İrəvan bizimdir” deyəndə nağıl danışmır - Naqapetyan
2023-08-29 11:57:13

Azərbaycanlıların “İrəvan bizimdir” deməsi nağıl deyil. Əliyev də nağıl danışmır, bu adam öz ordusuna motivasiya verir.
Hurriyyet.az xəbər verir ki, bunu erməni hərbi ekspert Ayk Naqapetyan deyib.
“Çünki fateh əsgərin motivasiyası başqadır, o, ölməyə hazırlaşmır. Amma azad edən əsgərin motivasiyası tamam başqadır. Əliyev “Ermənistan bizim tarixi vətənimizin bir hissəsidir” deməklə öz ordusunun döyüş ruhunu qaldırır və xilaskar kimi ölkəmizi fəth etməyə gələnlərə motivasiya verir. Onları inandırıblar ki, itirdiklərini qaytaracaqlar”, - Naqapetyan bildirib./axar.az/
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya