“Elit Star” Cəmilə ilə Elnar arasında QALMAQAL: “Siz mənə sənətkar olaraq necə irad tuta bilərsiniz? ” - VİDEO

2022-06-14 22:28:00

“Elit Star” Cəmilə ilə Elnar arasında QALMAQAL: “Siz mənə sənətkar olaraq necə irad tuta bilərsiniz? ” - VİDEO

Hurriyyet.az xəbər verir ki, ikili “Elin sözü” verilişində mahnı ilə bağlı polemikaya giriblər.

Cəmilənin söylədiyi sözlər Elnarın boğazından keçməyib.  

Belə ki İsgəndərovanın “Şəxsən mən səni adını bilmirdim” deyə Xəlilova müraciət edib. Bundan sonra Elnar “açıb ağzını, yumub gözünü”. O, Cəmiləni repertuarında yer alan “Unuda bilərsən” mahnısı ilə imtahana çəkib: “Mən sizin mahnınızı bilirəm. Deyin mənə görüm, “Bu mahnı etalondur?” Bu nəğmə hansı laddadır?”. 

Cəmilə isə Elnarın bu sualına cavab verə bilməyərək, “gah nala, gah da ki mıxa vurub”.  

Daha sonra Xəlilovun “Bundan sonra siz mənə sənətkar olaraq necə irad tuta bilərsiniz? Əgər siz oxuduğunuz mahnının hansı ladda olduğunuzu bilmirsinizsə” – deməsinə İsgəndərova “Mahnıları oxuyuram, xalq üçün. “Unuda bilərsən” mahnım sevilib” – deyə cavab verib.  

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya