Əlirza Həbilovun etibarnaməsi olmadan DİN-in vəkili və nümayəndəsi kimi məhkəməyə təzyiqinə hüquq qiyməti verilmir

2022-12-08 15:57:00

Əlirza Həbilovun etibarnaməsi olmadan DİN-in vəkili və nümayəndəsi kimi məhkəməyə təzyiqinə hüquq qiyməti verilmir

Fərdi vəkil,  növbəti dəfə Vəkillər Kollegiyasının intizam komissiyasının üzvlüyündə saxlanılan Əlirza Həbilovun DİN-in vəkili və nümayəndəsi kimi etibarnaməsi olmadan işlərə çıxıb, DİN-in 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoymasına hüquqi qiymət verilməsi təmin olunmur. Bir neçə gün öncə Nazirlər Kabinetindən və Dövlət Təhlükəsizliyi Xidmətindən  Vəkillər Kollegiyasına (VK) göndərilən şikayətə cavab olaraq VK -nın aparat rəhbərinin müavini Seymur Səfərov  bildirib ki, vəkil dövlət təşkilatlarına hüquqi yardım göstərə bilər.

Bəri başdan deyirik ki, VƏKİL İSTİNTAQ – İTTİHAM ORQANINA – DİN-Ə VƏKİLLİK EDƏ BİLMƏZ ! Belə vəkillik məhkəmə hakimiyyətinin “kəllə-mayallaq” prinsip(sizliy)ini ortaya qoymuş olur. Eyni zamanda, fərdi vəkil dövlət orqanında işləyə bilməz, Əlirza Həbilov isə bütün məhkəmələrə özünü DİN-in vəkili və nümayəndəsi kimi  (nümayəndə qurumun işçisi deməkdir)  təqdim edir və vəkilliyi də məhkəmə ilə qeyri-prosessual münasibətə girərək məhkəmə təminatı hüququna qadağadan o yana keçmir. Vəkilin özünü DİN-in nümayəndəsi kimi təqdim etməsinin kökündə DİN başçısının onun səlahiyyətlərini etibarnamə ilə təsdiq etməməsi dayanır. Bəli, Əlirza Həbilov etibarnaməsi olmadan məhkəmə işlərinə çıxır ! (?) Məhkəmə(lər) isə maddi- prosessual hüquq normalarına yox, Əlirza Həbilovun qeyri-prosessual sifarişinə boyun əyir. Bakı İnzibati Məhkəməsinə ortalıq bir ay qabaq iddianın mümkün sayılmamasına sifariş verən Əlirza Həbilovun iddiaçı 1-ci dərəcəli Qarabağ qazisini intihar həddinə çatdırmasından ali dövlət hakimiyyəti,  hüquq mühafizə orqanlarına, Ombudsmana şikayətlər,  vurğuladığımız kimi, Vəkillər Kollegiyasına göndərilib və... cavabı da vurğuladıq.

Bəs DİN-in özü onun adından dələduzluq edilməsinə nə deyir? 28.11.2022-ci ildə DİN-in 5909510 stasionar telefon nömrəsindən zəng edib , Milli Məclisdən daxil olan şikayət əsasında  on dəqiqəyə  konkret faktlarla bilgi əldə ediblər. Faktlar isə elə qabarıqdır ki!

2017-ci ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin  (hakim Elçin Məmmədov ) DSMF-in Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə qarşı iclasda Əlirza Həbilov etibarnaməsi olmadan DİN-in vəkili  kimi 1-ci dərəcəli DİN-in Qarabağ əlilinin əleyhinə  (?)  çıxış edib . Zəng edən DİN əməkdaşı kimi, soruşa bilərsiniz ki, DİN-in,  Əlirza Həbilovun bura nə aidliyi var? Sən demə, ƏƏSMN -in nümayəndəsi Munir Həsənov DİN-in saxta vəkili Əlirza Həbilov ilə birləşib   məhkəməyə  DİN -i “marağına toxunan 3-cü şəxs kimi” cəlb etdiriblər. Əlirza Həbilovun məhkəməyə təqdim etdiyi etibarnamə isə nazir Ramil Usubovun özünün hüquqlarını müdafiə etmək üçün nə vaxtsa verdiyi sənəd olub. Hətta vəkilə etiraza cavab olaraq Əlirza Həbilov hakim Elçin Məmmədova 1-ci dərəcəli Qarabağ qazisi haqqında akt tərtib edərək prokurora göndərməyi tələb etsə də, hakim Elçin Məmmədov bu sifarişə boyun əyməyib.

2018-ci ildə Əlirza Həbilov Şəki İnzibati – İqtisadi Məhkəməsində ( hakim Kənan Vəliyev) DİN-in adından bəyanatla çıxış edib ki, Ali Məhkəmədə də olsa, 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna imkan verilməyəcək. Etibarnaməsi olmadan Şəki İnzibati – İqtisadi Məhkəməsinin  (hakim İlqar Cabbarov) 15.02.2019-cu il tarixli iclasında iştirak edən Əlirza Həbilovun keçmiş vəkil  həmkarı ilə qeyri-prosessual sövdələşməsi nəticəsində iddiaçı Qarabağ qazisinin döyüş yoldaşlarının şahid kimi iştirakına imkan verilmədən  iclas 22.02.2019-cu ilə təyin edilib . Əlirza Həbilov bazarlaşmanı etdiyindən 22.02.2019-cu ildə iclasa gəlməyib və iclas da keçirilməyib. Qeyri – prosessual bazarlıq İlqar Cabbarova köhnə tarixə - 15.02.2019-cu ilə iddianın mümkün sayılmaması haqqında qərardad qəbul etdirib. Əlirza Həbilov bu yol VK-nın intizam komissiyasının üzvü kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, İsmayıllı hüquq məsləhətxanasından ayrılan Nəvahid adlı vəkilin kassasiya şikayətini  yazmasına qadağa qoyub. Ali Məhkəmə  (hakim Kəmaləddin Bədəlov ) şikayətin gec yazılmasının suçunu iddiaçının boynuna qoyaraq 12.02.2020 tarixli qərardadla kassasiya şikayətini mümkün saymayıb.

2021-ci ilin 21 fevralında Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyev ilə qeyri-prosessual münasibətə girən Əlirza Həbilov DİN-in vəkili və nümayəndəsi kimi etibarnaməsi olmadan qərardad qəbul etdirib ki, 15.02.2019 tarixli Şəki İnzibati – İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması haqqında qərardadı Konstitusiya Məhkəməsinin qərarından yüksək hüquqi qüvvəyə malikdir , qətidir, ondan şikayət , yenidən iddia verilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin Yujdaq diplomlu iclasa sədrlik edən  hakimi Xəyalə Cəmilova Əlirza Həbilovun etibarnaməsi olmadan DİN-in vəkili və nümayəndəsi kimi sifarişinə elə uyub ki, etibarnaməsi olmayan 3-cü şəxs ƏƏSMN -in nümayəndəsi Munir Həsənovu da dinləyib, amma iddiaçının danışmasına imkan verməyib. Ali Məhkəmənin sədri Səyyad Kərimov olan heyəti də 06.10.2021 tarixli qərarla Şəki məhkəməsinin 15.02.2019 tarixli iddianın mümkün sayılmaması haqqında qərardadının Konstitusiyadan da, Avropa Məhkəməsindən də üstün olduğunu doğrulayıb.     “Utandığından” qərarının adsızlaşdırılmış formasını belə “itirən” Ali Məhkəmə indi Əlirza   Həbilovu ali instansiyaya istinad etmək imkanından məhrum edib.  Ona görə də 15.02.2019 tarixli köhnə  tarixə çıxarılan “bic” qərardad yenidən Bakı İnzibati Məhkəməsində “qüvvəyə minmək” üzrədir.

10.11.2022 tarixli Bakı İnzibati Məhkəməsinin iddiaçı 1-ci dərəcəli Qarabağ qazisinə “hüquqi yardım” məktubunda 15.02.2019 tarixli Şəki İnzibati – İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması haqqında qərardadının hələ də qüvvədə olduğu bildirilib. Axı Ali Məhkəmənin Plenumunun  10.04.2015 tarixli 5 saylı qərarının 8.3 maddəsinə görə, iddianın mümkün sayılmaması haqqında qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə, eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir ,  məhkəmə niyə Ali Məhkəmənin qərarını yox, Şəki məhkəməsinin “bic” qərardadını tətbiq edir?

 Əlirza Həbilovun “dəst-xətti” aydın görünür. Yoxsa, Bakı İnzibati Məhkəməsi 1-ci dərəcəli Qarabağ qazisinə “eyni predmet deyilsə, iddia müddətinin ötürülməsi” ilə hədə- qorxu gəlməzdi.

Vəkil Əlirza Həbilovun DİN-in maliyyəsi ilə DİN-in 1-ci dərəcəli Qarabağ qazisinin maliyyəmaliyyə hüququna hüququna,  məhkəmə təminatı hüququna qadağa qoyması etibarsızdır. Elə Əlirza Həbilovun özü kimi.

Məğrur BƏDƏLSOY

P. S. DİN -in etibarsız vəkili Əlirza Həbilovun qarşısına VK -nın sədri, vəkil Anar Bağırovun etibarnamə ilə çıxması istənilir. Etibarsız vəkili etibarlı vəkillə susdurarlar.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.156260