Saat:06:31
Haqqımızda

Əlilliyin verilməsi qaydalarında mühüm dəyişiklik – Deputat açıqladı

2024-05-15 13:44:54

Əlilliyin verilməsi qaydalarında mühüm dəyişiklik – Deputat açıqladı

Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Bəs, yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

İqtisadçı, deputat Vüqar Bayramov hesab edir ki, son qərar əlillik dərəcələrinin verilməsini asanlaşdıracaq: “Belə ki, müddət gözlənilmədən göndəriş (forma 88) verilməsinə əsas verən xəstəliklərin sayı 73-ə çatdırılır. Bu qəraradək bu siyahıda yalnız 5 xəstəlik var idi. Bu o deməkdir ki, müddət gözlənilmədən göndəriş verilməsinə əsas verən xəstəliklərin siyahısına 68 xəstəlik əlavə olunur. Deməli, səhəttində bu xəstəliklərdən hər hansı biri müəyyən olunan vətədanşlarımız üçün müddət gözlənilmədən göndərişlər veriləcək”.

İqtisadçı xatırladır ki, bu qəraradək həkim-məsləhət komissiyaları tərəfindən əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin rəsmiləşdirilməsi üçün minimum 6 ay müalicə müddəti tələb olunurdu. Onun sözlərinə görə, artıq həmin xəstəliklər üzrə bu müddətə ehtiyac olmayacaq.

“Müddət gözlənilmədən forma 88 rəsmilləşdiriləcək”, - o əlavə edib.

V.Bayramov qeyd edir ki, digər mühim məqam, əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətləri müəyyən olunmasıdır.

“Bununla yanaşı, göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar artıq dərhal qəbul ediləcək. Əvvəllər bunun üçün 3 gün müddət müəyyənləşdirilmişdi. Bütövlükdə, yeni qərar əlillik dərəcələrinin verilməsi proseduralarını azaltmaqla yanaşı bu sahədə əlçatanlığı artıracaq”, -millət vəkili vurğulayıb.

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.206757