Saat:21:16
Haqqımızda

Əlilliyi olan şəxslər tam hüquqsuz durumdadırlar

2021-08-05 12:47:00

Əlilliyi olan şəxslər tam hüquqsuz durumdadırlar

Əlil-veteran qeyri-hökumət təşkilatları hökumətin qanunsuzluğunu qoruyur

Ölkədə əlilliyi olan şəxslərə qarşı genişmiqyaslı kampaniya aparılır, necə deyərlər, sosial müdafiə əvəzinə, sosial məhvedilmə siyasəti həyata keçirilir. İnsanlar onların məşğulluğuna və sosial müdafiəsinə təhkim olunmuş qurumun -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məmurlarından elə çəkinirlər ki, polisdən, xüsusi xidmət orqanlarından elə çəkinmirlər. Özəlliklə, əlillər barəsində dövlət siyasətinin tam iflasa uğradığını iddia etmək olar. Bunun da başlıca nədəni ölkədə məhkəmə hakimiyyətinin olmamasıdır.

Ümumiyyətlə, ƏƏSMN Konstitusiyanı tanımır, hərənin özünün özbaşınalıq konstitusiyası qüvvədədir. Təsəvvür edin, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF), eləcə də Sosial Xidmətlər Agentliyi, Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi prezident sərəncamını, qanunu, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasını bir məktubdan aşağıda tuturlar! (?) Necə olur, qanuni qüvvəyə minmiş məhkəmə qərarı illərdir icra olunmur, amma qüvvəsi olmayan saxta məktubla (?) Qarabağ qazisinin pensiyası yarıqat edilir? Necə olur, tibbi-sosial reabilitasiya “həkimi” qazini təxribata çəkir, içdən yaralı qaziləri, əlilləri “ictimai tele-şoularla” saxta çıxarır, heç bir qurum səsini çıxarmır. Ən yaxşı halda, məhkəməyə müraciət etmək  məsləhət görülür. Məhkəmə olsun ki, müraciət də edəsən! Axı, ölkədə məhkəmə hakimiyyəti yoxdur, hakimiyyətin məhkəməsi var! Təsəvvür edin, Bakı İnzibati Məhkəməsi (hakim Aygün Abdullayeva) şəxsin əlil sayılmamasından iddiası üzrə ekspertiza təyin edib və ...rəy verilməsini cavabdeh TSEK-ə tapşırıb. Belədə hansı qanundan,  əlil hüququndan danışmaq olar? Aygün xanım tələbkar Qarabağ qazisinin SXA-ya qarşı 6-cı ildir icra olunmayan qərarla bağlı ərizələrinə də baxmır! Nəriman Abıyev adlı hakim isə bir qrup Qarabağ qazisinin İPM-in 28-ci maddəsinə əsasən 3-cü şəxs kimi işə cəlb edilmə haqqında ərizələrinə də baxmayıb. Hakim Rüstəm Kərimli Nərimanov bələdiyyəsindən götürdüyü öhdəliyi icra etmək üçün Sabunçu məhkəməsindən Bakı İnzibati Məhkəməsinə Ədliyyə Nazirliyinin “yardımı” ilə  ezam olunub və 2 ilə yaxındır apellyasiya instansiyası tərəfindən ləğv edilən qərardadı üzrə işi gizlədir . Bu hakim, deyəsən, hakimliklə inzibati orqanlara vəkilliyi dəyişik salıb. Təsəvvür edin, qazinin ƏƏSMN-ə qarşı iddiasını mümkün saymayıb ki, nazirliyin tabeliyindəkiqurumlar ƏƏSMN-ə tabe deyillər! (?) Ümumiyyətlə, ƏƏSMN və yanındakı qurumlar məhkəmələrlə qeyri-prosessual münasibətə girib, vətəndaşların məhkəmə təminatı hüququna qadağa qoyublar. Bir ara öncə DSMF-inhansısa hüquq firması ilə vəkil xidməti qarşılığında yüz minlərlə manatlıq anlaşma imzaladığı bildirildi. Belə çıxır, dövlət qurumu əlilin, pensiyaçının  hüququnun pozulmasını peşəkar səviyyədə müdafiə etməyə vəkil(lər) tutur? Bu hansı məntiqə sığır? Əhalinin sosial müdafiəsinə ayrılan vəsaiti hüquq firmasına ödəməklə sosial müdafiə necə həyata keçirilə bilər? Özü də bu vəkillərin işi məhkəmə ilə qeyri-prosessual münasibətə girməkdən, süründürməçilikdən uzağa getmir . Gerçəkdə hüququ pozulan əlilləri, pensiyaçıları vəkillə təmin etmək əvəzinə, ƏƏSMN və tabeliyindəki qurumlar özlərini əlillərdən “peşəkarlıqla” qorumaq yolunu tutub, belə sosial müdafiə siyasəti olar?

Əlillərin tam hüquqsuz durumda olmasında hüquq mühafizə orqanlarının, insan hüquqları üzrə müvəkkilin - Ombudsmanın da neqativ anlamda böyük rolu var. Təsəvvür edin, Ombudsman əlillərin hüquqlarını müdafiə etməkdən imtina edir ki, ombudsman haqqında qanunun 1.5 maddəsinə görə, başqa orqanların fəaliyyətini məhdudlaşdırır! (?) Bir neçə il öncə gözdən əlili məhkəmə qərarı olmadan vergi əməkdaşları maşına basıb aparanda,  Ombudsmanın qaynar xəttinə zəng edən qaziyəyalnız polisin qanunsuzluğu ilə bağlı şikayətlərə baxıldığını bildiriblər. Millət vəkillərindən heç danışmağa dəyməz, əlilin qanunsuz həbsindən şikayət edirsən, qoy “türmə”dən özü zəng etsin, deyilir! (?) Əlil-veteran təşkilatlarına gəldikdə, sözügedən qeyri-hökumət təşkilatları hökumətin qanunsuzluqlarınınmüdafiəçisi rolunda çıxış edirlər. Baxın, əlillər sosial təminat hüququndan məhrum edilir, heç bir QHT (qeyri-hökumət təşkilatı) səsini çıxarmır. Çıxaranda da əlili, hüququ pozulanı yox, hüquq pozucularını müdafiə edirlər. Ümumiyyətlə, başqa sahələrdə olduğu kimi, əlil hüquqlarının müdafiəsində da QHT “monopoliyası, yəni öncədən “seçilən” “əlil hüquqlarıeksperti”ninrəyi əsas tutulur.  Belə hüquq(suzluq)la, əlbəttə, baş beyin travması alan qazininüzdən heç bir yarasının olmadığına rəy vermək və bunu şouya çevirmək olar.

Əlillərə yanaşmanı kökündən dəyişmək üçün ilk növbədə əlillərə ayrıca ombudsmanayrılmasına ehtiyac var. Əlil hüquqları üzrə müvəkkil əlilliyi olan şəxslərin hüquqlarının pozulmasınason qoya bilər. Dövlət sosial müdafiə qurumlarıöz “ hüquqlarını”  qorumağa vəkil qurumu ayıra bilər, əlillərə müvəkkil ayıra bilməz?

Məğrur Bədəlsoy, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR